Azərbaycan İdman Akademiyasında (AİA) professor-müəllim heyətinin məzmunun inkişafı, müasir tədris və qiymətləndirmə strategiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan İdman Akademiyası məlumat yayıb.
Təlimlərdə Kembric Universitetinin ekspertləri Ceyms Bidl sentyabrın 7-dən 9-dək "Effektiv qiymətləndirmə", Reyçl Cefferson isə sentyabrın 10-dan 14-dək "Kurikulumun xəritələnməsi" mövzusunda mühazirələr aparacaqlar.