top
Tahir Gözel: “Bu dəyərlər bizi çox qürurlandırdı” Qarabağ FK
21 avqust 2024, 23:02
- ↺ +

Tahir Gözel: “Bu dəyərlər bizi çox qürurlandırdı”

Klubumuzun prezidenti Tahir Gözel UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Dinamo" (Zaqreb, Xorvatiya) – "Qarabağ" matçını (3:0) "Maksimir" stadionundan canlı izləyib. O, oyundan sonra görüş barədə fikirlərini açıqlayıb:

"Komandamın hər bir futbolçusu, heyətin hər bir üzvü mənim üçün qəhrəmandır. Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyf ki, şans bizim tərəfimizdə olmadı. Bir Azərbaycan klubunun Avropanın futbol ölkəsi sayılan Xorvatiyada yerli liqanın çempionuna qarşı sərgilədiyi oyun, rəqibdən çəkinməməsi, qorxmadan həmişə hücuma keçməsi kimi dəyərlər bizi çox qürurlandırdı. Mən komandamın yanında idim. "Qarabağ" klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu "Qarabağ"lı olmaq və "Qarabağ"la yaşamaq lazımdır".

Klubumuzun prezidenti heyətin gücləndirilməsi məsələsinə də toxunub: "Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun olaraq lazım olan transferləri gerçəkləşdirməyə hazıram".

Tahir Gözel avqustun 28-də keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyinə təəssüfləndiyini qeyd edib: "Ona heyfsilənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Mənim də öz öhdəliklərim var və COP29-la bağlı görüşlər çərçivəsində ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:40

Monzanın hücumçusu Qustavo Varelaya Napoli və Yuventusdan ciddi maraq

Digər
Bu gün, 14:34

İsveç, Rusiyalı idmançıların yarışlara qatılmasını məhdudlaşdırmaq niyyətində

Futbol
Bu gün, 14:29

Vaqif Sadıqov: Aşağı yaş qrupları üzrə millilərimiz Avropa çempionatında bəzi oyunlarda xarakter nümayiş etdirdi

Basketbol
Bu gün, 14:24

14 yaşadək basketbolçular Azərbaycan milli komandası Serbiyada təlim-məşq toplanışı keçir

Futbol
Bu gün, 14:20

"İnter" Alessandro Bastoni ilə müqaviləni uzatmaq niyyətindədir, "Çelsi" və "Barselona" marağına baxmayaraq

Basketbol
Bu gün, 14:19

"Sumqayıt" basketbolçusu Rüstəm Əliyev: Mövsümün hədəfi ilk 4-lükdə yer almaqdır

Voleybol
Bu gün, 14:15

CEV Çellenc Kubokunda "Ordu": Niderlandın Simplex SSS komandası daha ciddi rəqibdir

Cüdo
Bu gün, 14:04

Asif Abdullayev: Şabranda cüdonun inkişafı, uşaqların fiziki hazırlığındakı problem və Azadığa yeni dünya çempionları

Futbol
Bu gün, 14:00

İlham Yadullayev: Səbail’in futbolçuları ikiqat rəqib kimi hərəkət etdi

Futbol
Bu gün, 13:41

Syudad-de-Yantsasa futbolçu Con Perlasa hakimə daş atıb, səkkiz il cəza aldı

Futbol
Bu gün, 13:40

Vis Pezaro'nun ispaniyalı hücumçusu Amadu Konate, Fransanın Reyms və İtaliyanın Modena klublarının marağına düşüb

Qarabağ FK
Bu gün, 13:29

Qazaxıstan AKAS klubunun baş məşqçisi Dovran Kendjaxunov Qurban Qurbanova hədiyyə təqdim etdi - VİDEO

Futbol
Bu gün, 13:23

Yuventus Mustafa Varelanı əsas transfer hədəfi kimi müəyyən edib

Futbol
Bu gün, 13:20

Canni İnfantinonun 15 milyard funt dəyərində Dünya Çempionatı hüquqları üzrə gizli danışıqları

Futbol
Bu gün, 13:07

Premyer Liqanın 11-ci turu: Poçetinin "Enfild"dan başlanan debütü və "Arsenal"ın çempionluq iddiası

Gimnastika
Bu gün, 13:00

Azərbaycanlı sabiq gimnast Zeynəb Cavadlı BMT-yə müraciət edərək üç qızının BƏƏ-də zorla əlindən alınmasını və işgəncələrə məruz qalmasını它 məhkəməyə çatdırıb

Futbol
Bu gün, 13:00

“Sumqayıt” və “Sabah” arasında Premyer Liqa XII turu – Seriya davam edəcək?

Futbol
Bu gün, 12:56

Bakıda "Sabah" və "Barselona" arasında keçirilən Çempionlar Liqası matçı üçün 62,000 bilet satıldı

Futbol
Bu gün, 12:52

“Mançester Yunayted”in yeni baş məşqçisi Maurisio Poçettino ilə ilk məşqinin dronla çəkilmiş görüntüləri YouTube‑da yayımlandı

Futbol
Bu gün, 12:40

Real Madrid rəhbərliyi Erlinq Haalandın atası ilə görüşüb

Futbol
Bu gün, 12:39

Aleks Meret "Torino" ilə matçı zədə səbəbindən buraxacaq

Cüdo
Bu gün, 12:38

UFC 2027-2028-ci illərdə Qazaxıstanda yarışları təşkil edə bilər

Qarabağ FK
Bu gün, 12:23

Premyer Liqanın 12-ci turu: Gəncədə “Qarabağ”-ın “Kəpəz” üzərində revanş müsabiqəsi zirvə və tənəffüs yarışlarını qarışıq təsir edir

Futbol
Bu gün, 12:20

Real Bellinqemi 2031-yə qədər yeni müqavilə ilə uzatmağa çalışır

Oxşar xəbərlər