top
Filipe Kandido Sumqayıtın iki qol vursada Qarabağa niyə uduzduğunu açıqladı Idman.biz
Bu gün, 20:36
- ↺ +

Filipe Kandido "Sumqayıt"ın iki qol vursada "Qarabağa" niyə uduzduğunu açıqladı

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Qarabağ"a 2:4 hesabı ilə uduzan "Sumqayıt" futbol komandasının baş məşqçisi Filipe Kandido məğlubiyyətin səbəblərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanın ilk 40 dəqiqəsində yetirmələrinin intizamlı oyun nümayiş etdirdiyini, lakin fərdi səhvlərin matçın gedişinə təsir göstərdiyini vurğulayıb.

"Oyunçularımla fəxr edirəm. Onlar stadionundan və rəqibindən asılı olmayaraq, sonadək mübarizə aparmağı bacarırlar. İlk hissədə bərabər səviyyəli oyun getdi. Rəqib topa daha çox sahib olsa da, 40 dəqiqə ərzində intizamlı çıxış etdik. Təəssüf ki, fasiləyə beş dəqiqə qalmış iki fərdi səhvə yol verdik. "Qarabağ"ın yüksək keyfiyyətə malik futbolçuları ən kiçik səhvdən belə yararlana bilirlər", - deyə baş məşqçi söyləyib.

Kandido hesabın bərabərləşdirilməsinə baxmayaraq, komandasının fiziki baxımdan sona qədər mübarizə aparmaqda çətinlik çəkdiyini qeyd edib:

"Fasilədə futbolçulara dedim ki, qorxunu üzərlərindən atsalar, oyunun gedişini dəyişə bilərik. Buna nail olduq, hesabı bərabərləşdirdik. Ancaq sonradan enerjimiz tükəndi və məğlub olduq. İnanıram ki, gələcəkdə həm "Qarabağ"ı, həm də digər rəqiblərimizi məğlub edə bilərik".

"Kimyaçılar"ın baş məşqçisi mövsümün əvvəlindən davam edən heyət problemlərinin komandanın nəticələrinə təsirsiz ötüşmədiyini də diqqətə çatdırıb. O, ilk qarşılaşmadan sonra Səbuhi Abdullazadə və Jeam Oliveyranın xidmətindən məhrum olduqlarını, bugünkü görüşdə isə Lukas Blek və Mamadi Banqrenin iştirak etmədiklərini xatırladıb.

Ardıcıl iki qarşılaşmada rəqib qapısına iki dəfə yol tapmalarına baxmayaraq, xal qazana bilməmələrindən danışan Kandido komandasının üzərində çalışmalı olduğu məqamları açıqlayıb:

"İki qol vurduğumuz qarşılaşmalarda ən azı bir xal qazanmalıyıq. Bu gün son dəqiqələrdə akademiyamızın dörd yetirməsini meydana buraxdıq. Çətinliklərimiz var, amma biz də öyrənirik. Komandam hesabda önə keçdikdən sonra oyunun tempini və vaxtı idarə etməyi bacarmalıdır. Hər şey idman nəticələri ilə ölçülmür. Futbolçularıma daim bildirirəm ki, həm həyatda, həm də karyeralarında əzmkar olmalıdırlar. Bu gün onlarda həmin xüsusiyyəti gördüm və buna sevindim".

Turnir cədvəlində "Şəfa" ilə xal fərqinin azalmasına gəlincə, portuqaliyalı mütəxəssis mövsümün hazırkı mərhələsində komandaların tutduqları mövqelərə xüsusi əhəmiyyət vermədiyini bildirib:

"Hər qarşılaşmada xal qazanmaq və daha yüksək pillələrə yüksəlmək üçün çalışırıq. Turnir cədvəlinə mövsümün sonunda baxarıq. Ümid edirəm ki, çempionatı yuxarı pillələrdə başa vuracağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 21:00

Voleybol turnuylarının cədvəli açıqlanıb

Futbol
Bu gün, 21:00

İkinci Liqada Qaradağ Lökbatan 18 qolu vurdu

Futbol
Bu gün, 20:59

"Qaradağ Lökbatan" – "Şəki" komandası 18:0 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 20:52

Polşada futbol matçında azarkeş elektrikli skuterlə meydana daxil oldu, oyun dayandırıldı

Qarabağ FK
Bu gün, 20:48

Qurban Qurbanov: "Futbolumuzun keyfiyyəti artıb, hər maçda 3-4 qol görmək yaxşı haldır"

Futbol
Bu gün, 20:30

Leypsiq 2:2 nəticəsində Frayburqla mübarizədən qurtuldu

Qarabağ FK
Bu gün, 20:25

Qurban Qurbanov: "Qəhrəmanlıq uğrunda mübarizədə irad bildirmək üçün səbəb görmürəm"

Futbol
Bu gün, 20:25

Inter 4-0 Cenoa, 13-cü turun çempionluq uğuru

Qarabağ FK
Bu gün, 20:23

«Misli Premier Liqasının 13‑cü turunda «Qarabağ – Sumqayıt» matçının 4:2 video icmalı»

Qarabağ FK
Bu gün, 20:14

"Qarabağ" 3 ulduz futbolçunun transfer pəncərəsində ayrılması

Futbol
Bu gün, 20:08

"Marsel" səfər qələbəsi ilə Fransa Liqa 1‑də üçüncü pilləyə yüksəldi

Futbol
Bu gün, 20:02

"Hall Siti"dən 3-2 qalibiyyət

Qarabağ FK
Bu gün, 19:48

Filipe Kandido: İnanıram ki, bundan sonra Qarabağ və digər komandalara qalib gələ bilərik

Qarabağ FK
Bu gün, 19:48

Qurban Qurbanov: "Belə oyunlar futbola sevgini daha da artırır"

Qarabağ FK
Bu gün, 19:38

Filipe Kandido: "Səfərdə 2 qol vurursansa, ən azı bir xal qazanmalısan"

Digər
Bu gün, 19:37

Mirzə Bayrampur: Vergi və ya dələduzluq iddiaları

Futbol
Bu gün, 19:31

Manuel Noyer karyerasını bağlayacaq

Qarabağ FK
Bu gün, 19:30

"Qarabağ 4:2 ilə Sumqayıtı yendi – Video və Kronoloji"

Futbol
Bu gün, 19:25

Kurban Berdiyev və Ehtiram Quliyevin Turan Tovuz və Sabah matçlarından sonra gələcək planları

Futbol
Bu gün, 19:20

"Hansi Flik çempionluq mükafatını Barselona əməkdaşları ilə bölüşdü"

Qarabağ FK
Bu gün, 19:18

«Qarabağ»ın müdafiəçisinin zədəsi; oyunçular komanda yoldaşına təsəlli verirlər - Video

Futbol
Bu gün, 19:05

Uqo Duronun qoluyla Valensiya Osasuna qarşısında məğlubiyyətdən qurtardı

Futbol
Bu gün, 18:45

AFFA-nın "Boots for All" layihəsi Gəncədə azyaşlı futbolçulara 145 buts hədiyyə edib

Oxşar xəbərlər