Azərbaycanın daha bir atıcısı Mürtəza Novruzlu III MDB oyunlarında gümüş medal qazanıb.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı stend atıcılığında ikinci olub.
Özbəkistanlı Azamat Kayumov isə qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov üçüncü yeri tutub.
Qeyd edək ki, III MDB Oyunlarında atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
16:35
Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB oyunlarında gümüş medal qazanıb.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı stend atıcılığında ikinci olub.
İlk pilləni Rusiya idmançısı Alina Axatova tutub.
Qeyd edək ki, III MDB Oyunlarında atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.
III MDB Oyunları atıcılıq güllə atıcılığı