top
U-15 Avropa Çempionatında Azərbaycanın Yunan-Roma Güləşçilərindən Finallara Yüksələnlər Var Report.az
27 iyun 2025, 23:18
- +

U-15 Avropa Çempionatında Azərbaycanın Yunan-Roma Güləşçilərindən Finallara Yüksələnlər Var

Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

Bu barədə "Report"a federasiyanın Mətbuat xidmətindən məlumat verilib.

Qitə birinciliyinin üçüncü günündə milli komandanın 13 üzvü mübarizə aparıb.

38 kq

Hüseyn Əmrahlı italiyalı Nikola Sedikinaya (9:0), belaruslu Qleb Semianenkaya (3:1) və ermənistanlı Vardan Melkonyana (4:2) qalib gələrək finala yüksəlib. Bu çəkidəki digər təmsilçimiz Xudayar Kərimli polşalı Kasper Bieleviçə (11:0) və bolqarıstanlı İvan Aleksandrova (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Arsan Aliyevə (0:9) məğlub oldu. Xudayar təsəlliverici görüşə çıxacaq.

41 kq

Rahib Əhmədov slovakiyalı Andrey Posvanka (10:0), rumıniyalı Ayan İstfana (11:0) və polşalı Matvey Bezrukyiyə (9:0) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda rusiyalı Soltan Yusupova (2:11) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

44 kq

Ömər Salmanov türkiyəli Mustafa Güvənə (8:0), litvalı Orestas Stakenasa (8:0) və rusiyalı Denis Sisikinə (10:1) qalib gələrək finala yüksəlib.

48 kq

Vəkil Bəşirov təsnifat mərhələsində yunanıstanlı Nikolaos Zinisaya "tuş"la məğlub olub. Rəqib finala yüksəldiyi üçün Vəkil təsəlliverici görüşə çıxacaq.

52 kq

Hüseyn Mustafazadə polşalı Stanislav Zoltovskiyə (7:1), türkiyəli Mehmet Kayana (13:4) və polşalı Yakub Skiuolkerə (5:3) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda gürcüstanlı Qabriel Tavberidzeyə (4:13) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək. Onun çəki yoldaşı Qurban Məcnunov 1/8 finalda rumıniyalı Andrey Peleana 3:4 hesabıyla məğlub olub.

57 kq

İbrahim Məmmədzadə moldovalı Artyom Popeskuya (9:0) qalib gəlsə də, 1/8 finalda ukraynalı Oleksandr Venetsə (3:13) məğlub olub.

62 kq

Nadir Həsənov rusiyalı Adam Yaşurkayevə (4:3), moldovalı Maksim Deliuya (9:1) və türkiyəli Süleyman Şahinola (7:1) qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda ermənistanlı Pavel Nazaryana (1:10) məğlub olduğu üçün bürünc medal uğrunda güləşəcək.

68 kq

Əli Məmmədov fransalı Nika Namoyevə (8:0) və gürcüstanlı Daviti Mxeidzeyə (9:1) qalib gəlsə də, 1/4 finalda rusiyalı Yuriy Ronjinə (0:7) məğlub olub.

75 kq

Ruslan Nuriyev gürcüstanlı Mixeil Beridzeyə (3:1), türkiyəli Mehmet Yıldıza (2:0) və rusiyalı Aşot Qaloyana (3:2) qalib gələrək finala yüksəlib.

85 kq

Zöhrab Səfərov macarıstanlı Zombor Simona (9:0) və rusiyalı Aleksandr Karpekinə (10:8) qalib gəlsə də, 1/4 finalda belaruslu Dmitri Kiselə (UWW) "tuş"la məğlub olub. Zöhrab təsəlliverici görüşə çıxacaq. Onunla eyni çəkidə yer alan Məhəmməd Orucov ilk mərhələdə polşalı Lusyan Popeçkiyə "tuş"la məğlub olub.

Təsəlliverici və medallar uğrunda görüşlər sabah keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Bu gün, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Bu gün, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Bu gün, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Bu gün, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Bu gün, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Bu gün, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Bu gün, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Bu gün, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Futbol
Bu gün, 20:00

"Arsenal" İngiltərə Superkubokunu qazandı

Basketbol
Bu gün, 19:55

Neftçi SOCAR 3x3 basketbol komandası Dünya Qadın Seriyasından kənara düşür

Futbol
Bu gün, 19:35

Zion Suzuki „Aston Villa“ya transfer olunub

Voleybol
Bu gün, 19:14

Azərbaycan çimərlik voleybolçuları beynəlxalq turnirdə uğur qazanıb

Futbol
Bu gün, 19:01

Sumqayıt-Neftçi: Azərbaycan Premyer Liqasının 1-ci turu

Futbol
Bu gün, 18:52

Kərim Benzemanın “Əl-Hilal”la müqaviləsi ləğv edilə bilər

Futbol
Bu gün, 18:31

"Tvente" "Qarabağ"ın rəqibi "PEC Zvolle"ni məğlub edib

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Güləş
Bu gün, 17:27

Bakıda cüdo məşqçiliyi üzrə 150-ci proqramın iştirakçılarına sertifikatlar təqdim edilib

Digər
Bu gün, 17:27

İslam Mahaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasına sahib oldu

Futbol
Bu gün, 17:17

Sabah - Hapoel matçının biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 16:49

"Liverpul" və "Komo" heç-heçə edib

Güləş
Bu gün, 16:33

Azərbaycan güləşçisi Dünya Çempionatının Yarımfinalına Çıxdı

Boks
Bu gün, 15:59

Azərbaycanlı boksçular Avropa çempionatında 1/4 finala vəsiqə qazandı

Oxşar xəbərlər