top
U-15 Avropa Çempionatında Azərbaycan Güləşçilərinin Nəticələri: Simurə Abdullayeva Finalda Report.az
26 iyun 2025, 21:09
- +

U-15 Avropa Çempionatında Azərbaycan Güləşçilərinin Nəticələri: Simurə Abdullayeva Finalda

Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.

"Report" xəbər verir ki, qitə birinciliyinin ikinci günündə qadın güləşi üzrə mübarizəyə start verilib.

Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya "tuş"la məğlub uduzub.

Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova (39 kq) macarıstanlı Eliza Bodiyə "tuş"la qalib gələrək yarımfinala yüksəldi. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Yağmur Məlikli (42 kq) 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova eyni mərhələdə ukraynalı İvanna Maydanskaya "tuş"la uduzub. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

Nuray Cəfərli (46 kq) polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib – 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

Günel Kərimli (50 kq) təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya "tuş"la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Məryəm Əmrəli (54 kq) türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

İnci Abdullayeva (58 kq) ilk mərhələdə gürcüstanlı Ana Tsereteliyə "tuş"la məğlub olub.

Rəna Nuriyeva (62 kq) serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.

Simurə Abdullayeva (66 kq) bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.

Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Bu gün, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Bu gün, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Bu gün, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Bu gün, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Bu gün, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Bu gün, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Bu gün, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Bu gün, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Futbol
Bu gün, 20:00

"Arsenal" İngiltərə Superkubokunu qazandı

Basketbol
Bu gün, 19:55

Neftçi SOCAR 3x3 basketbol komandası Dünya Qadın Seriyasından kənara düşür

Futbol
Bu gün, 19:35

Zion Suzuki „Aston Villa“ya transfer olunub

Voleybol
Bu gün, 19:14

Azərbaycan çimərlik voleybolçuları beynəlxalq turnirdə uğur qazanıb

Futbol
Bu gün, 19:01

Sumqayıt-Neftçi: Azərbaycan Premyer Liqasının 1-ci turu

Futbol
Bu gün, 18:52

Kərim Benzemanın “Əl-Hilal”la müqaviləsi ləğv edilə bilər

Futbol
Bu gün, 18:31

"Tvente" "Qarabağ"ın rəqibi "PEC Zvolle"ni məğlub edib

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Güləş
Bu gün, 17:27

Bakıda cüdo məşqçiliyi üzrə 150-ci proqramın iştirakçılarına sertifikatlar təqdim edilib

Digər
Bu gün, 17:27

İslam Mahaçev UFC tarixində ən uzunmüddətli qələbə seriyasına sahib oldu

Futbol
Bu gün, 17:17

Sabah - Hapoel matçının biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 16:49

"Liverpul" və "Komo" heç-heçə edib

Güləş
Bu gün, 16:33

Azərbaycan güləşçisi Dünya Çempionatının Yarımfinalına Çıxdı

Boks
Bu gün, 15:59

Azərbaycanlı boksçular Avropa çempionatında 1/4 finala vəsiqə qazandı

Oxşar xəbərlər