top
Ruzanna Məmmədova Dünya Çempionatına Hazırlıqdan Danışdı: Bu dəfə tilsimi qıracağam Idman.biz
14 avqust 2025, 14:48
- +

Ruzanna Məmmədova Dünya Çempionatına Hazırlıqdan Danışdı: "Bu dəfə tilsimi qıracağam"

U-20 Avropa çempionu olan Azərbaycan güləşçisi Ruzanna Məmmədova (62 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, dünya çempionatında hazırlığı dəyərləndirib, mundialdan gözləntilərini açıqlayıb.

– Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa nə qədər hazır hiss edirsən?

– Dünya çempionatına hazırlıq yaxşı gedir. Artıq təlim-məşq toplantısının ikinci həftəsindəyik. İndi daha yüngül məşq edirik. Çünki yarışa az qalıb. Özümü yaxşı hiss edirəm. Nə qədər hazır olduğumu yarış göstərəcək.

– Son vaxtlar zədələr sənə yarışlarda mane olur. Bu dəfə belə problem yoxdur ki?

– Problem həmişə var. Dizlərimdə ağır zədə var. İnşallah, yarışlardan sonra əməliyyat olunmağı fikirləşirəm. Hələ ki, bu ağrıya dözərək, məşqə davam edirəm.

– Üç il əvvəl U-17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U-20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır?

– İnşallah ki, alınar. Alınmağını istəyirəm. Bilirsiz ki, son dünya medalım elə 2022-ci ildəki dünya çempionluğum olmuşdu. Ondan sonra nədənsə dünya çempionatlarında nəticə qazana bilməmişəm. Ümid edirəm ki, bu dəfə tilsimi qıracağam. Bunu çox istəyirəm.

– Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq?

– Bilirsiz ki, Dünya çempionatı çox çətin keçir. Asiya və Amerika qitəsindən güclü güləşçilər var. Avropadan isə rus rəqibimi qeyd edə bilərəm. Olduqca çətin yarış kəçəcək. İnşallah, öhdəsindən gələcəyik.

– Əsas rəqib saydığın güləşçilərin görüşlərini izləyib, zəif-güclü tərəflərini təhlil edirsən?

– Əlbəttə, baxıram. Hər yarışdan qabaq Dünya Güləş Birliyinin saytını gözdən keçirirəm. Əsas rəqib gördüyüm və ya kimlə qarşı-qarşıya gəlmə ehtimalım varsa, hamısının keçirdiyi görüşlərə bir-bir baxıram.

– Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var, yoxsa 62 kq-da davam etmək istəyirsən?

– Çəki baxımdan konkret bir şey deyə bilməyəcəyəm. Çünki bəzən müəyyən səbəblərə görə çəkim artır. Eyni qalmır. Karyerama 62, 65 və ya 68 kq-da davam edə bilərəm. Bu, gələcəkdə hansı fiziki durumda olmağımdan asılıdır.

– Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan?

– Daha çox funksional hazırlıq və dözümlülük üzərində çalışıram.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:01

Lamin Yamal: İspaniya DÇ-2026-nın finalına çıxacaq

Güləş
Bu gün, 18:59

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində iki medal qazandı

Futbol
Bu gün, 18:45

Real Madrid 18 yaşlı Mərakeşli futbolçu ilə maraqlanır

Futbol
Bu gün, 18:29

Yuventus PSJ-nin hücumçusu Randal Kolo-Manini transfer etməyə çalışır

Futbol
Bu gün, 18:12

Bosniya millisinin sabiq futbolçusu: “Qətər üzərində qələbə növbəti mərhələyə vəsiqə qazandırar”

Digər
Bu gün, 17:41

LEGO və Koenigsegg şirkətləri sürət rekordu vurub

Futbol
Bu gün, 17:34

Alberto Moreno “Komo”dan ayrıldı

Futbol
Bu gün, 17:30

„Şəfa“ Futbol Klubu Nahid Əliyevi İmzaladı

Digər
Bu gün, 17:19

Tahir Abdullayev UFC Bakı turnirində döyüşə biləcək

Futbol
Bu gün, 16:24

DÇ-2026: ABŞ Avstraliya ilə qarşılaşır

Futbol
Bu gün, 16:09

Barselona "Tottenhem"in Mərkəz Müdafiəçisini Transfer Etmək İstəyir

Futbol
Bu gün, 16:00

Çelsi Dioqu Koşta üçün 60 milyon avroluq təklif göndərəcək

Basketbol
Bu gün, 15:50

Sabah BK Ceyms İdslə ilə yolları ayırıb

Futbol
Bu gün, 15:40

"Bayer" „Lion“dan futbolçu transfer edib

Qarabağ FK
Bu gün, 15:20

İslandiya klubu “Vestri” “Qarabağ”la oyunla bağlı azarkeşlərinə müraciət etdi

Futbol
Bu gün, 15:11

İran millisi DÇ-2026-da səfər məhdudiyyətlərinə görə FIFA-ya yenidən şikayət edəcək

Futbol
Bu gün, 15:00

Kamilo Durana Meksikadan təklif

Minifutbol
Bu gün, 14:56

Azərbaycan futzal millisinin dünya çempionatındakı rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 14:24

Bakı çempionatı: kişi və qadın gimnastları qüvvələrini sınayacaq

Futbol
Bu gün, 14:13

Valdas Dambrauskas: “Püşkatma o qədər də önəmli deyil”

Voleybol
Bu gün, 14:00

Murov Az Terminal komandasının yeni baş məşqçisi müəyyənləşib

Olimpiada
Bu gün, 13:45

Azərbaycan qadınlardan ibarət 'Birləşmiş Futbol' komandası Fransada keçiriləcək turnirdə iştirak edəcək

Futbol
Bu gün, 13:20

Portuqaliya millisinin yeni baş məşqçisi kim olacaq

Digər
Bu gün, 13:13

Rostislav Pevtsov Klaqenfurtdakı Ironman yarışında yeddinci yeri tutdu

Oxşar xəbərlər