top
Reytinq turniri: Maqomedov üçün qızıl, Əliyev bürünc qazanıb İdman.biz
06 iyun 2024, 20:07
- +

Reytinq turniri: Maqomedov üçün qızıl, Əliyev bürünc qazanıb

Bu gün Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turnirinə start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə qoşulub.

Əliabbas Rzazadə (57 kq) 1/4 finalda özbəkistanlı Qulamjon Abdullayevə "tuş"la qalib gəlib. Ancaq yarımfinalda hakimlərin müəmmalı qərarları və zədə həlledici olub. Yaponiyalı Rei Hiquçiylə görüşdə həmyerlimizin ardıcıl fəndləri cəmi 8 xalla qiymətləndirilib. Qarşılaşmanın davamında Əliabbasın çiynindən aldığı zədə rəqibə müqavimət göstərməyə imkan verməyib – 8:18. Rzazadə zədələndiyi üçün bürünc medal uğrunda görüşə də çıxmayıb.

Hacı Əliyev (65 kq) A qrupunda ilk turda yaponiyalı Kotaro Kiyokaya 5:2 hesabıyla qalib gəlib. Özbəkistanlı Ümidjon Calalov xalçaya çıxmadığı üçün 2-ci turda həmyerlimizə texniki qələbə verilib. Əliyev 3-cü turda son dünya çempionu İsmayıl Musukayevə (Macarıstan) məğlub olub – 3:9. Hacı yarımfinalda iranlı Abbas İbrahimzadəyə 0:6 hesabıyla uduzub. Güləşçimiz bürünc medal uğrunda görüşdə meksikalı Austin Qomeslə qarşılaşıb və 12:3 hesabı ilə qalib gəlib.

Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda slovakiyalı Batirbek Tsakulova tam üstünlüklə qalib gəlib – 12:2. Təmsilçimiz yarımfinalda qazaxıstanlı Rızabek Aitmuxandan güclü olub – 15:7. Maqomedxan finalda Alişer Yergali ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız turnirə 14 güləşçi ilə qatılıb.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Digər
Bu gün, 02:41

Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO

Digər
Bu gün, 01:26

Paris-2024-ün açılış mərasimi keçirilib - FOTO - VİDEO - YENİLƏNİB

Futbol
Bu gün, 00:38

Macar futbolçu: "Sanki qol bizi silkələdi"

Basketbol
Dünən, 23:06

Rassell Uestbruk "Denver"də

Futbol
Dünən, 22:43

"Turan Tovuz" Vətənə dönür

Futbol
Dünən, 22:26

Cəlalın komandasına 1 qol bəs edib

Futbol
Dünən, 22:15

Türkiyə mətbuatının iddiası: "Qarabağ"ın futbolçusu paytaxt klubuna keçir

Digər
Dünən, 21:58

Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO

Digər
Dünən, 21:50

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir

Digər
Dünən, 21:49

Azərbaycan Paris-2024-ün idmançılar paradından keçib

Digər
Dünən, 21:46

Paris-2024-ün açılış mərasimi start götürüb

Futbol
Dünən, 21:45

"Zaqatala"dan ayrıldı, Belarusun yüksək liqa komandası ilə anlaşdı

Digər
Dünən, 21:38

Yağış və Olimpiya açılış mərasiminin sirləri

Futbol
Dünən, 21:28

"Kəpəz" sonuncu yoxlama görüşündə böyük hesabla qalib gəldi

Digər
Dünən, 21:14

Gənclər və İdman Nazirliyinin yaranmasının 30-cu ildönümünə həsr olunan tədbir keçirilib - FOTO

Futbol
Dünən, 21:00

Polşa qitə çempionatını qəbul etmək üçün UEFA-ya müraciət edib

Digər
Dünən, 20:45

Azərbaycan yığması açılış mərasiminə doğru

Cüdo
Dünən, 20:43

Cüdoçularımız Avropa kubokunda

Futbol
Dünən, 20:24

"Qalatasaray"ın futbolçusu Rusiyaya yollandı

Futbol
Dünən, 20:16

"Real"la Alfonso arasındakı razılıq

Digər
Dünən, 19:48

Paris-2024: 11 milyardlıq Olimpiada

Futbol
Dünən, 19:45

"Kəpəz"in aşağı yaş qruplarını "Babir" geyindirəcək

Futbol
Dünən, 19:35

"Şamaxı" son yoxlama oyununu da qələbə ilə başa vurdu

Futbol
Dünən, 19:23

"Şamaxı" Küveyt klubuna qalib gəlib

Oxşar xəbərlər