"Sumqayıt" bu gün yoxlama oyununda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Sport24.az xəbər verir ki, "Kapital Bank Arena"da keçiriləcək qarşılaşmaya saat 18:00-da start veriləcək.
Qeyd edək ki, bu komandalar arasında Premyer Liqanın 5-ci turunda baş tutmuş matç "Araz-Naxçıvan"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.