"Güləşin inkişafına töhfə vermək üçün əlimdən gələni edirəm".
İdman.Biz xəbər verir ki, bunu güləş üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rasul Çunayev deyib.
O, Milli Olimpiya Komitəsinin təşəbbüsü və Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə Bakıda təşkil olunan tədbirdə fikirlərini iştirakçılarla bölüşüb:
"Güləşin inkişafına töhfə vermək üçün əlimdən gələni edirəm. Bu idman növü insanı mübariz ruhda yetişdirir, ona möhkəm dayanmağı öyrədir. Çəkilən zəhmətin sonunda qələbə əldə edəndə anlayırsan ki, bütün əziyyətlər buna dəyərmiş. Bu duyğuları hər birinizin yaşamasını arzu edirəm".