top
Paris Yolu: Stadnik uduzsa da, lisenziya şansı qalıb - YENİLƏNİR İdman.biz
10 may 2024, 19:24
- +

Paris Yolu: Stadnik uduzsa da, lisenziya şansı qalıb - YENİLƏNİR

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə qadın güləşçilər mübarizəyə başlayıb.

Azərbaycan millisinin 5 üzvü də xalça üzərinə çıxıb. Paris-2024-ə hələ vəsiqə qazanmayan qadın millimizin lideri Mariya Stadnik iki qələbə qazanmaqla yarımfinala adlayıb. O, Olimpiadaya vəsiqə verəcək qarşılaşmaya günün ikinci yarısında çıxacaq.

Digər güləşçilərimizdən üçü təsnifat, biri 1/8 finalda uduzub. Onların rəqibləri də növbəti mərhələlərdə uduzduqlarından təmsilçilərimiz lisenziya şansını itiriblər.

Qadın güləşi
50 kq

Olimpiadaların dördqat mükafatçısı Mariya Stadnik yarışa 1/8 finaldan başlayıb. O, ilk qarşılaşmasında Menq Hsiehə (Çin Taypeyi) tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Stadnik bu mərhələni də tam üstünlüklə (11:0) aktivinə yazıb. O, Violetta Çiriki (AİN) məğlub edərək yarımfinala vəsiqə qazanıb. Mariya Fransa paytaxtına vəsiqə uğrunda görüşdə KXDR təmsilçisi Son Hyanq Kimi məğlub olub.

Stadnik təsəlliverici görüşə qatılacaq.

53 kq
Təsnifat mərhələsində xalçaya çıxan Gültəkin Şirinova Laura Avila (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin 18:8 hesablı qələbəsi ilə yekunlaşıb.

57 kq
Alyona Kolesnikin təsnifat mərhələsindəki rəqibi Ramona Qalambos (Macarıstan) olub. O, startda 1:4 hesablı məğlubiyyətə üzülüb.

62 kq
Təsnifat mərhələsindən yarışa start verən Ruzanna Məmmədova Anastasiya Qriqoryeva (Latviya) ilə güləşib. O, "tuş"la qalib gələrək 1/8 finala yüksəlib. Lakin Məmmədova bu mərhələdə çinli Jia Lonqa 1:7 hesabı ilə məğlub olub.

68 kq
Elis Manolova təsnifat mərhələsində Nikol Parradoya (Kolumbiya) 2:10 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına sərbəst güləşdə 6, yunan-Roma güləşində 5 lisenziya qazanıb.

İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 13:51

“Araz-Naxçıvan”da yeni qapıçı

Futbol
Bu gün, 13:40

Milli səfər ərəfəsində heç-heçə edib

Futbol
Bu gün, 13:30

“Səbail”in hazırlıq planı dəqiqləşib

Futbol
Bu gün, 13:20

Rüstəm Allahverdiyev: "Üfüqdə aydınlıq və uğur görünür"

Boks
Bu gün, 13:16

Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Futbol
Bu gün, 13:02

Şahin Diniyev: “Hər kəsin fikrinə hörmət edirəm, amma reallığı tək bilən mənəm” - FOTO - VİDEO

Futbol
Bu gün, 13:01

Millimizdən qollu heç-heçə - FOTO

Futbol
Bu gün, 13:00

Musa Qurbanlının yeni klubu müəyyənləşib

Futbol
Bu gün, 12:46

"Sumqayıt" tərcüməçi və azarkeşlərinə görə cərimələndi

Cüdo
Bu gün, 12:38

Hidayət Heydərov ən reytinqli cüdoçuların siyahısında liderliyə yüksəlib

Futbol
Bu gün, 12:34

AFFA pley-off matçında yaşananlara görə...

Futbol
Bu gün, 12:26

AFFA-dan pley-off qərarı

Futbol
Bu gün, 12:20

Premyer Liqada mövsümün son cəzaları

Digər
Bu gün, 12:17

Avropa çempionatında millimizdən 4 medal - FOTO

Futbol
Bu gün, 12:17

"Neftçi" və "Sabah" AFFA-ya birlikdə 23 min manat qazandırdı

Futbol
Bu gün, 12:08

AFFA-dan “Neftçi” – “Sabah” oyununa SƏRT REAKSİYA

Futbol
Bu gün, 12:00

ŞOK!!! UEFA-dan “Sumqayıt”a qadağa

Voleybol
Bu gün, 11:59

Yığmamızın voleybolçusu: “Çox səhvlər etdik”

Futzal
Bu gün, 11:35

Bu gün futzal millisinin rəqibləri müəyyənləşəcək

Gimnastika
Bu gün, 11:27

Yeddi gimnastımız “Monteneqro Cup”da - FOTO

Futbol
Bu gün, 11:22

Mendilibardan qeyri-adi göstəricilər - HESABAT

Digər
Bu gün, 11:18

Qitə çempionatında Ruslan 17-ci, Nigar 36-cı olub

Futbol
Bu gün, 11:00

Ueyn Runi işləmək istədiyi klubların adlarını çəkib

Digər
Bu gün, 10:59

“Çelsi” xəsis deyil: Klub yeni məşqçi üçün nə qədər pul ödəyəcək?

Oxşar xəbərlər