top
Arif Abdullayev: “Onları nəzarətdə saxlayacağıq” - MÜSAHİBƏ İdman.biz
11 oktyabr 2024, 19:48
- ↺ +

Arif Abdullayev: “Onları nəzarətdə saxlayacağıq” - MÜSAHİBƏ

Sərbəst güləş üzrə U-20 milli komandanın böyük məşqçisi Arif Abdullayev Azərbaycan Güləş Federasiyasının saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, o, mövsümü dəyərləndirib, gələcək planları açıqlayıb.

- U-20 yaş qrupunda mövsüm başa çatdı. Komandanızın 2024-cü ildə çıxışını necə qiymətləndirirsiniz?

- Ümumi götürəndə qənaətbəxş sayırıq. Üçüncü dəfə komanda hesabında Avropa çempionu olduq. 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazandıq. Dünya çempionatında daha yaxşı çıxış edə bilərdik. Bəzi güləşçilərimiz potensialına uyğun güləşmədi. Yekunda 1 gümüş və 2 bürünc medal qazandıq. Komanda hesabında isə 5-ci yeri tutduq.

- Dünya çempionatında heyətdə bəzi dəyişikliklər diqqəti çəkdi.

- Gənclər arasında Avropa ikincisi, yeniyetmələr arasında dünya və Avropa çempionu Vasif Bağırov (57 kq) dünya çempionatına az qalmış ayağından zədələndi. Həkimlərlə məsləhətləşdik. Daha böyük zədə almasın deyə riskə getmədik. Ona görə də dünya çempionatına Vasifi aparmadıq.

- Biz adətən yüngül çəkilərdə favoritlərdən biri oluruq. Ancaq bu dəfə ağır çəkilərdə medal qazandıq. Bunun xüsusi səbəbi var idi?

- Vasifin zədə üzündən dünya çempionatında iştirak etmədiyini qeyd etdim. Camal Abbasov (61 kq) isə U-20 yaş qrupuna bu il keçib. Hələ ki, fiziki durumu bu yaş qrupuna tam uyğunlaşmayıb. Düzdür, Avropa çempionatında gümüş medal qazandı. Ancaq dünya çempionatı üçün hələ tam hazır deyildi. O, hələ daha 2 il gənclərdə çıxış edə bilər. Çalışacağıq ki, onun fiziki göstəricilərini və dözümlülüyünü artıraq. Medal qazanmasa da, Ayxan Abdullazadənin (65 kq) çıxışını qeyd edə bilərəm. İranlı rəqibiylə görüşdə hesabda 6:0 üstün idi. Ancaq sonra qələbəni əldən verdi. Mən deyərdim ki, qələbə üçün özünəinam çatmadı. Hesabı qorumağa çalışdı, amma alınmadı. Bu da yarış təcrübəsinin azlığından irəli gəlir.

- Ağanəzər Novruzov (74 kq) uzun fasilədən sonra böyük yarış arenasına çıxdı və həm göstərdiyi güləşlə, həm də qazandığı nəticəylə ümidləri doğrultdu. Ondan belə çıxış gözləyirdiniz?

- Gözləyirdik. Ağanəzər yeniyetmələr arasında Avropa və dünya üçüncüsü olub. Daha sonra hərbi xidmətə getdi. Bu il onu 3 yarışda sınadıq. Rusiyada keçirilən 2 ənənəvi yarışda özünü yaxşı tərəfdən göstərdi. Fiziki göstəriciləri və dözümlülüyü göz qabağındadır. Dünya çempionatının yarımfinalında amerikalı güləşçiylə minimal fərqlə uduzdu. Bürünc medal uğurunda görüşdə isə Rusiya güləşçisinə qalib gəldi.

- Böyüklər kateqoriyasına keçən güləşçilərdən qısa müddətdə nəticə gözləmək olar, yoxsa bunun üçün bir qədər zamana ehtiyac var?

- Ayxan Abdullazadə, Sadiq Mustafazadə və Ramik Heybətov kimi güləşçilər U-23 yaş qrupunda nəticə verə bilər. Ancaq böyüklərdə idmançı sayı çox olduğu üçün güclü rəqabət və hər çəkinin liderləri var. Bu baxımdan Dünya Güləş Birliyinin (UWW) U-23 yaş qrupunu yaratması çox yaxşı oldu. Belədə gənclərdən yuxarı qalxan güləşçilər itmir və böyüklər kateqoriyasına uyğunlaşana kimi U-23 yaş qrupunda çıxış edir və "artırır".

- 2007 təvəllüdlü güləşçilər gələn ildən sizin rəhbərliyiniz altında çıxış edəcək. Bu idmançılardan xüsusi fərqləndirdiyiniz kimsə varmı?

- Yayda U-17 millimizlə birgə Xaçmazda təlim-məşq toplanışı keçdik. Biz fiziki, onlar isə taktiki-texniki hazırlıq üzrə toplanış keçirdi. İstedadlı güləşçiləri qeydə almışıq. Gələn il əsas seçim U-20 Azərbaycan çempionatında olacaq. Bu il yeniyetmələrdə Avropa və dünya çempionatında medal qazanmış 2007 təvəllüdlü güləşçilər hətta Azərbaycan çempionatında yer tutmasa belə, onları nəzarətdə saxlayacaq və təlim-məşq proseslərinə cəlb edəcəyik.

- Dünyada sərbəst güləşdə rəqabət ildən-ilə artır. Bu rəqabətlə ayaqlaşmaq üçün hansı addımlar atılmalıdır?

- Əvvəllər "AGF Kuboku" və "Hünər meydanı" kimi, seçim xarakterli yarışlar keçirilirdi. Bu da heyəti müəyyənləşdirərkən işimizi daha da asanlaşdırırdı. Güləşçilərimiz yarışlarda nə qədər çox iştirak edib, təcrübə toplasalar, bir o qədər uğur qazanmaq şansları artar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Oxşar xəbərlər