top
Çempion: “Taekvandoçu olmasaydım, futbolla məşğul olacaqdım” Sport24.az
17 oktyabr 2024, 19:57
- +

Çempion: “Taekvandoçu olmasaydım, futbolla məşğul olacaqdım”

Paris-2024 Yay Paralimpiya oyunlarının qalibi, parataekvandoçu İmaməddin Xəlilov "Kəpəz"in saytına müsahibə verib. Sport24.az xəbər verir ki, çempion müsahibəsində bunları deyib:

 

– Ənənəvi sualla başlamaq istərdik. İmaməddin, sən də futbolçu olmaq istəmisən?

– Təbii ki, taekvandoçu olmasaydım, sizi əmin edirəm ki, futbolla məşğul olacaqdım. Çünki ürəyimdə futbola, "Kəpəz"ə sevgi var. Uşaqlıqdan sevimli komandamızın oyununa baxa-baxa futbolun vurğunu olmuşam. "Kəpəz"in səfər oyunlarına da gedərək izləmişəm. Bir gəncəli kimi bu komandaya azarkeşlik edirəm.

 

– Parisdə çempion adını qazananda klub olaraq səninlə çox qürurlandıq…

– "Kəpəz"in sosial şəbəkələrdəki səhifələrini daimi izləyirəm, paylaşımları bəyənirəm. Çempion olanda mənimlə bağlı poster paylaşılmışdı. Doğrusu, mənim üçün sürpriz oldu. Azarkeşlik etdiyim komanda məni yaddan çıxartmamışdı. Sevincinə şərik olduğum klub bu dəfə mənim uğuruma sevindiyini nümayiş etdirmişdi. Çox qürurlandım. Mənim üçün çox sevindirici idi.

 

– Boş vaxtlarında yəqin ki, futbol oynayırsan.

– Bəli, milli komandada təlim-məşq toplanışları dövründə yığma üzvləri ilə tez-tez futbol oynayırıq. Millidə tək gəncəli olaraq "Kəpəz" azarkeşi kimi tanınıram. Bizdə "Qarabağ"a, "Neftçi"yə və "Sabah"a azarkeşlik edən uşaqlar var. Çempionat oyunları zamanı komandalarımız qarşılaşanda bir-birimizə qıcıq veririk. Özümüz oynayanda "Kəpəz"in formasını geyinib meydana çıxıram. Bundan sonra klub tərəfindən hədiyyə verilən və adım əks olunan forma ilə oynayacağam. Bizdə bir nəfər vardı, inad göstərərək bütün idmançılara "Neftçi"nin formasını hədiyyə vermişdi. Amma mən götürmədim (gülür).

 

– Komanda ilə görüşməyin səndə hansı təəssüratlar yaratdı?

– Açığı, zəng olunub kluba dəvət ediləndə çox sevindim. Azarkeşlik etdiyim komandanın üzvləri ilə meydançada görüşmək çox xoş oldu. Bəzi hisslər var ki, onları sözlə ifadə etmək olmur. O anları yaşadım. Bir azarkeşin arzusu gerçəkləşdi. Akademiyanın binası, şəraiti, məşq meydançaları ilə tanış oldum. Yeni stadion tikilir. Bütün bunlar Gəncədə futbolun inkişafına dəstək verəcək. Şəhərimizdə həmişə istedadlı futbolçular olub. Onların inkişafı üçün bazaya ehtiyac vardı. Köhnə stadionda betonun üstündə otururduq. Sonra arenanın bir qisminə plastik oturacaqlar quraşdırıldı. Amma şərait o deyildi. "Kəpəz" azarkeşi olaraq ən pis təsir edən məqam illər öncə Avroliqa oyunumuzu Bakıda keçirməyimiz oldu. Onda da tribunalarda istədiyimiz qədər azarkeş toplaşmamışdı. Oyun Gəncədə keçirilsəydi, stadion tam dolardı. Nəticələr də başqa cür olardı. Həmin vaxt çox pis olmuşdum. Avropa səviyyəli stadionun tikilməsi bu problemi həll edəcək. Gəncədə oynamaq tamam başqa mənzərə yaradacaq. Daxili çempionat oyunlarında ən çox azarkeş bizim komandanın matçlarına gəlir. Dolu tribunalar önündə oynamaq komandaya ayrıca motivasiya verir.

 

– Komanda ilə görüşəndə bu mövsümə nəzər salıb uşaqlara ürək-dirək verdin. Onları motivasiya etməyə çalışdın.

– İdmançı olaraq özümün də başıma belə şeylər gəlib. 7 il boyunca heç bir yarışda uğur qazanmadım. Amma ruhdan da düşmədim. Nəticə əldə etdikdən sonra uğurlarım ardıcıl gəlməyə başladı. Mən də komandanı belə görmək istəyirəm. 8 turdan sonra tilsimi qırdıq. Bunun ardı gəlməlidir. Derbidə "Neftçi"ni məğlub etdik. Əzəli rəqabətə yaraşan matç oldu. İki möhtəşəm qol vurduq. Məncə, Mahamadu Banın zərbəsi mövsümün qolu ola bilər. Növbəti oyunlarda daha güclü "Kəpəz" görəcəyik. Futbolçuların özünə inamı artacaq.

 

– Son olaraq gəncəli azarkeşlərə hansı çağırışı edə bilərsən?

– Gəncədə "Kəpəz"dən başqa bir komandaya azarkeşlik edən bəlkə də yoxdu. Komanda uğursuz mövsüm keçirə bilər. Amma bu o demək deyil ki, sən bir azarkeş kimi oyunlara getməməlisən, dəstək olmamalısan. Əksinə, əsl azarkeş komandanın pis vaxtında da yanında olmalıdır. Yaxşı günlərdə onsuz da hamı gəlir. Əsas uğursuzluq olanda dəstək vermək lazımdır. Hamını komandaya dəstək olmağa çağırıram.

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 00:26

"Çikaqo Bullz"da baş məşqçi dəyişikliyi: Ues Anseld namizəd kimi

Futbol
Bu gün, 00:17

Saşa İliçin istefası: Qərar rəhbərliyin ixtiyarındadır

Futbol
Dünən, 23:59

"Fənərbağça" - "Beşiktaş" derbisində "Beşiktaş" azarkeşləri arasında dava: Səbəbi məlum deyil

Boks
Dünən, 23:57

"Böyük İpək Yolu": Azərbaycan boksçuları yarımfinalda 19 yerə sahib çıxdı!

Futbol
Dünən, 23:41

Superliqa: Dramatik Derbi, Penalti Xətası və Qələbələr - YENİLƏNİB + VİDEO

Futbol
Dünən, 23:40

"Fənərbağça" İstanbul derbisində qalib gəldi

Minifutbol
Dünən, 23:37

Futzal millimiz təlim-məşq toplanışına başladı, Gürcüstanla oyunlar planlaşdırılır

Voleybol
Dünən, 23:27

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vuruldu

Minifutbol
Dünən, 23:09

Futzal millisi təlim-məşq toplanışına başladı: Bakıda hazırlıq, səfər və Gürcüstanla oyunlar

Gimnastika
Dünən, 22:58

Azərbaycan gimnastları "AGF Trophy"də 6 medal qazanıblar: 1 qızıl, 3 gümüş, 2 bürünc

Futbol
Dünən, 22:55

İngiltərə Kuboku: "Lids" "Vest Hem"i penaltilərlə məğlub edərək yarımfinala yüksəlib

Futbol
Dünən, 22:41

La Liqa: "Xetafe"dən "Atletik" üzərində qələbə - YENİLƏNİR + VİDEO

Cüdo
Dünən, 22:28

Azərbaycan yeniyetmələrdən ibarət cüdo yığması Avropa Kubokunu 24 medalla başa vurdu

Futbol
Dünən, 22:19

Seriya A: “Torino” səfərdə “Piza”nı, “Bolonya” isə “Kremoneze”ni məğlub etdi

Futbol
Dünən, 22:03

Kaxaber Tsxadadze istefa şüarları ilə bağlı azarkeşlərdən xahiş etdiyini açıqlayıb

Minifutbol
Dünən, 22:01

Futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı başlayıb və Gürcüstanla oyunlar planlaşdırılır

Futbol
Dünən, 21:51

Bundesliqa: "Ayntraxt" qələbəni əldən verdi, "Union" və "Sankt-Pauli" heç-heçə etdi

Boks
Dünən, 21:44

"Böyük İpək Yolu" turnirində Azərbaycan boksçularının uğurlu çıxışı: 19 kişi və iki qadın boksçu yarımfinalda

Futbol
Dünən, 21:36

Liqa 1: "Loryan" - "Paris" və digər heç-heçələr

Boks
Dünən, 21:34

"Böyük İpək Yolu" turnirində 19 Azərbaycan boksçusu yarımfinala yüksəlib

Futbol
Dünən, 21:29

"Qəbələ"nin "Kəpəz" üzərində qələbəsinin videoicmalı

Voleybol
Dünən, 21:19

18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib və Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirilib

Futbol
Dünən, 21:16

Azər Bağırov "Qəbələ"yə məğlubiyyəti şərh etdi: "Nə vaxtsa uduzacağımızı gözləyirdim"

Futbol
Dünən, 21:09

Yuri Vernidub: Emin Mahmudovsuz idarəetmə çətindir

Oxşar xəbərlər