top
Millimizin böyük məşqçisi: “Onlardan çox böyük uğurlar gözləyirik” İdman.biz
02 oktyabr 2024, 13:12
- ↺ +

Millimizin böyük məşqçisi: “Onlardan çox böyük uğurlar gözləyirik”

Güləş üzrə U-20 və U-17 yaş qrupunda ilin əsas yarışlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, qızlardan ibarət komandamız cari ildə bu yaş qrupları üzrə keçirilən Avropa və dünya çempionatlarında 9 medal qazanıb.

Yeniyetmə və gənc qızlarımız bu mühüm yarışlarda ümumilikdə 1 qızıl, 1 gümüş və 7 bürünc medal əldə edib. Müqayisə üçün qeyd edək ki, ötən il keçirilmiş analoji yarışlarda bu növdə cəmi 5 (2 gümüş, 3 bürünc) medal qazanılıb.

Böyük məşqçi Rövşən Umudov komandanın 2024-cü ildə çıxışını belə şərh edib: "Bilirsiniz ki, Azərbaycanda qadın güləşində məhdud sayda idmançı var. Ona görə də Avropa və dünya çempionatlarında tam heyətlə təmsil olunmuruq. Maksimum 5-6 güləşçi ilə bu yarışlarda iştirak etdiyimizi nəzərə alsaq, çıxışımızı uğurlu saymaq olar. Fikrimcə, tam heyətlə iştirak etsəydik, komanda hesabında da nailiyyət qazana bilərdik".

Təcrübəli mütəxəssis güləşin bu növündə kütləviliyin yaradılması üçün təkliflərini də bildirib: "Azərbaycanda qadın güləşinə axın olmadığını hamımız yaxşı bilirik. Yığma komanda kimi, həm yeniyetmə, həm gənclər, həm də böyüklər daxil olmaqla maksimum 20-25 idmançı ilə məşq edirik. Qadın güləşinin inkişafı üçün hər həftə idman verilişlərində videoçarxlar göstərilməli, dünya və Avropa çempionatlarında medallar almış idmançıların çıxışlarından istifadə edib, qadın güləşini təbliğ etmək lazımdır".

Bu il Ruzanna Məmmədova U-20 Avropa çempionu olub. Fatimə Bayramova yeniyetmələr (U-17) arasında qitə birinciliyində gümüş medal qazanıb. Nəzrin Əhmədli, Günay Qurbanova və Zəhra Kərimzadə U-17 yaş qrupunda həm Avropa, həm də dünya çempionatında bürünc medal əldə edib. Nərgiz Səmədova isə gənclər arasında dünya üçüncüsü olub.

Umudov bu güləşçilərin gələcək perspektivindən də danışıb: "Ruzanna Məmmədovanın 18 yaşı yenicə tamam olub. Bir idmançı bütün yarışları eyni qaydada keçirə bilmir. Bir şeyi də qeyd edim ki, Avropa və dünya çempionatı arasında çox böyük fərq var. Dünya çempionu olmaq və ya bu yarışda medal qazanmaq çox çətindir. Amma bu güləşçinin böyük potensialı var və onun gələcəkdə böyük uğurlar qazanacağına inanırıq. O ki qaldı yeniyetmələrimizə, təbii ki, onlardan da çox böyük uğurlar gözləyirik. Əlbəttə, bunun üçün çox işləmək və çox ciddi hazırlaşmaq lazımdır. Düzgün, lazım olan qaydada məşqlərimizi davam etdirsək, bu gün adlarını qeyd etdiyimiz idmançılarımız gələcəyin olimpiyaçıları ola bilər".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
Bu gün, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
Dünən, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
Dünən, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
Dünən, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
Dünən, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
Dünən, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
Dünən, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
Dünən, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
Dünən, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
Dünən, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
Dünən, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
Dünən, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
Dünən, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
Dünən, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
Dünən, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
Dünən, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Dünən, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Dünən, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
10 oktyabr 2026, 23:48

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

Futbol
10 oktyabr 2026, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
10 oktyabr 2026, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
10 oktyabr 2026, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
10 oktyabr 2026, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Oxşar xəbərlər