Güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri davam edir.
İdman.biz xəbər verir ki, bu gün qadın güləşində yarışa yekun vurulacaq, sərbəst güləşdə mübarizəyə start veriləcək.
Türkiyənin İstanbul şəhərindəki yarışda Azərbaycan millisinin güləşçisi Mariya Stadnik də xalça üzərinə çıxacaq. Olimpiadaların 4 qat mükafatçısı Paris-2024-ə vəsiqə üçün son şansından yararlanmamağa çalışacaq.
50 kq çəkidə çıxış edən idmançımız 5-ci Olimpiadasına getmək üçün iki qələbə qazanmalıdır. Stadnik öncə bürünc medal, ardınca lisenziya uğrunda görüşdə qalib gəlməyə çalışacaq.
Qeyd edək ki, qadın güləşi yığmamızın ilk və yeganə lisenziyasını qazanmaq şansı olan Mariya 1/8 finalda Menq Hsiehə (Çin Taypeyi), 1/4 finalda Violetta Çirikə (AİN) tam üstünlüklə (11:0) qalib gəlsə də, yarımfinalda KXDR təmsilçisi Son Hyanq Kimə 3:10 hesabı ilə uduzub.
İdman.biz