top
Namiq Abdullayev: Azərbaycan güləşçilərinin nailiyyətləri göz qabağındadır Idman.biz
16 iyun 2025, 22:41
- +

Namiq Abdullayev: Azərbaycan güləşçilərinin nailiyyətləri göz qabağındadır

"Tək yeniyetmələrimiz deyil, həm 23 yaşlılar, həm də böyüklərimiz bir neçə ildir Avropa çempionu titulunu qazanırlar".

İdman.biz Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev jurnalistlərə açıqlamasında deyib.

"Sevindirici haldır ki, bütün yaş kateqoriyaları üzrə qələbə qazanan idmançılarımız bayrağımızı yüksəyə qaldırır, beynəlxalq arenalarda Dövlət Himnini səsləndirirlər", - N.Abdullayev bildirib.

O, idmançıların Güləş Federasiyası tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb: "U-15 və U-17 sərbəst güləşçilər üçün Federasiya tərəfindən son illərdə hər bir şərait yaradılıb. Müxtəlif bölgələrdə beynəlxalq yarışlar üçün təlim-məşq toplantıları təşkil olunub. Nailiyyətlər isə göz qabağındadır".

N.Abdullayev qeyd edib ki, son 4 ildə 15 yaşlıların zona yarışları keçirilir: "Ölkə çempionu olan idmançılar Gənclər və İdman Nazirliyi tərəfindən Avropa çempionatında iştirak etmək üçün seçilir. Məhz bu yarışlarda gələcəyin Avropa, dünya və olimpiya çempionları üzə çıxır".

Komitə üzvü yüksək nəticə göstərən güləşçiləri təbrik edərək, onlara gələcək yarışlarda uğurlar arzulayıb və dünya çempionatında da eyni nəticəni əldə edəcəklərinə əmin olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmələrdən ibarət sərbəst güləş millisi Avropa çempionu olub. Azərbaycan yığması qitə birinciliyində uğurlu cıxış edərək 6 medal qazanıb. Məsul yarışda 3 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edilib. Bu nəticə ilə 151 xal toplayan millimiz növbəti dəfə Avropa çempionu olub. Ukrayna 144 xalla ikinci, Gürcüstan isə 116 xalla üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında Rəvan Həsənzadə (48 kq), Ruslan Əlizadə (55 kq) və Səid Paşayev (92 kq) qızıl, Həsən Həsənov (60 kq) gümüş, Ramal Mirhüseynov (51 kq) və Hakim Tağıyev (110 kq) isə bürünc medal qazanıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:29

Arsenal gənc gürcü futbolçu ilə müqavilə imzalamaq üzrə danışıqlara başlayıb

Futbol
Bu gün, 16:25

"Zirə" FK fransalı yarımmüdafiəçi Ayron Qomis ilə yollarını ayırdı

Futbol
Bu gün, 16:06

Rafinyanın mundialda oynaması şübhə altına düşüb

Futbol
Bu gün, 16:00

Vadim Abdullayev "Karvan-Yevlax"dan ayrıldı

Güləş
Bu gün, 15:52

Rübail İbrahimli ukraynalı rəqibinə məğlub olub

Qarabağ FK
Bu gün, 15:31

Qarabağ”ın Avstriya təlim-məşq toplanışında dəyişiklik

Futbol
Bu gün, 15:30

Barselona 18 yaşlı ekvadorlu futbolçu Xosue Kaysedonu transfer edib

Futbol
Bu gün, 15:23

Futbol Tarixində İlk: Ağzını Bağlayan Oyunçu Meydandan Qovuldu

Qolf
Bu gün, 14:57

Azərbaycan qolf çempionatı və ölkə birinciliyi keçirilib

Futbol
Bu gün, 14:37

Arif Əsədov Türkiyə millisinin dünya çempionatında uğursuzluğunun səbəblərini açıqlayıb

Güləş
Bu gün, 13:56

Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasında

Futbol
Bu gün, 13:30

Türkiyə millisi dünya çempionatında çox zərbə endirsə də, qol vurması mümkünsüz olub

Digər
Bu gün, 13:19

Altı aydan sonra Azərbaycan velosipedçiləri beynəlxalq səviyyəyə çıxacaqlar

Futbol
Bu gün, 12:30

Tottenhem Luka Vuşkoviçi 45 milyon funtla almaq istəyir

Minifutbol
Bu gün, 12:00

Sərxan İbrahimoğlu "Səbail"in idarə heyətinə təyin edilib

Voleybol
Bu gün, 11:49

Qadın voleybol yığmamız İsveçrə ilə qarşılaşır

Futbol
Bu gün, 11:30

Tottenhem "Kristal Pelas"ın gənc ulduzunu transfer etməyə çalışır

Cüdo
Bu gün, 10:55

Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib

Futbol
Bu gün, 10:30

DÇ-2026: 2-ci turun oyunları baş tutacaq

Futbol
Bu gün, 10:15

Futbol üzrə Dünya Çempionatında II tur: Niderland-İsveç və Almaniya-Kot-d'İvuar qarşılaşmaları

Futbol
Bu gün, 10:00

Azərbaycan millisinin gənc futbolçuları «Şamaxı»da qalacaqlar

Futbol
Bu gün, 09:30

Demba Ba “Havr”ın idman direktoru təyin olundu

Futbol
Bu gün, 09:08

Brayton Luka Vuşkoviçi Transfer Etmeq Üçün Yeni Təklif İrəli Sürüb

Futbol
Bu gün, 08:00

DÇ-2026: Kriştiano Ronaldonun bacısı Portuqaliya millisinin oyununu tənqid etdi

Oxşar xəbərlər