top
Həsrət Cəfərov: III MDB Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir, gənc idmançılar üçün fürsətdir Report.az
07 iyul 2025, 16:46
- +

Həsrət Cəfərov: III MDB Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir, gənc idmançılar üçün fürsətdir

Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc medalçısı, üçqat Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı olan Həsrət Cəfərov (67 kq) III MDB Oyunlarının Azərbaycanda keçirilməsini böyük hadisə adlandırıb.

"Report" xəbər verir ki, yunan-Roma güləşçisi bunu Bakı Şəhər Halqasının mətbuat xidmətinə açıqlamasında bildirib.

2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarının çempionu olmuş və açılış mərasimində Azərbaycan bayrağını daşımış pəhləvan bu şansın dəyərləndirməsinin vacibliyini vurğulayıb:

"Bu, çox böyük hadisədir. III MDB Oyunları Azərbaycanın gənc istedadları üçün böyük fürsətdir. Məncə, bizim idmançılar bu şansı dəyərləndirməlidirlər. Onlara böyük bir şərəf nəsib olub, ölkəmizi nüfuzlu beynəlxalq turnirdə, özü də doğma vətəndə təmsil edəcəklər".

O, Azərbaycan güləşçilərinin potensialını dəyərləndirib:

"Gənclərimiz güclüdür. Onların məşqlərini izləyirəm və inanıram ki, yaxşı nəticələr göstərəcəklər. Azarkeşlərin dəstəyi böyük motivasiyadır. Oyunlara maksimum məsuliyyətlə yanaşsınlar. Hər bir yarış böyük məsuliyyətdir. Biz Azərbaycanı təmsil edirik və Oyunlara çox az vaxt qalıb. Hazır olmaq lazımdır – həm fiziki, həm də mənəvi cəhətdən. III MDB Oyunlarında iştirak edəcək bütün azərbaycanlı idmançılara uğurlar arzulayıram. Bu, ölkəmiz üçün çox önəmli hadisədir. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək".

İdmançı I MDB Oyunlarını xatırlayıb:

"Mən çempion oldum və açılış mərasimində bayraqdar idim. Bu, həm böyük məsuliyyət, həm də şərəf idi. İstəyirdim ki, mərasimə qızıl medalla çıxım və bu, mümkün oldu. Çünki güləş yarışlarının ilk günü açılış mərasimdən öncə idi. Açılışda çempion kimi bayrağı daşımaq istəyirdim. Rəqabət çox yüksək idi, amma öhdəsindən gəldim. Çox medal qazandım, Parisdə ilimpiadanın bürüncünü aldım, üç dəfə Avropa çempionu oldum. Amma ən əsası insan olaraq dəyişmədim. Ən böyük uğurum olimpiya medalı olsa da, dayanmıram".

H.Cəfərov növbəti hədflərindən söz açıb:

"Dünya çempionu olmaq, daha sonra 2028-ci ildə Los Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaq istəyirəm. Məni idmanda nəticələr və güləşə olan sevgim motivasiya edir. Bu, sadəcə, bir iş deyil, həyat tərzimdir. Milyonlar sənin uğurlarını izləyirsə, dayanmağa haqqın yoxdur".

Yunan-Roma güləşçisi idmana yeni başlayanlara məsləhətlərini də verib:

"İlk uğurlardan sonra arxayınlaşmaq olmaz. İdman daim əziyyət, zəhmət tələb edir. Öz üzərində işləmirsənsə, nəticə də olmayacaq. Xüsusilə böyüklər kateqoriyasına keçiddə bu daha da çətindir. Daim üzərlərində işləsinlər".

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın 7 şəhərində keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 20:57

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 20:49

Çelsi azarkeşləri Fernandesə fitə basdı

Futbol
Bu gün, 20:13

"Bayer Leverkuzen" "Nyukasl"ı məğlub edib

Futbol
Bu gün, 20:02

Tottenhem yoldaşlıq oyununda Hoffenhaymı darmadağın edib

Futbol
Bu gün, 19:57

Hapoel"in "Sabah"la oyun üçün planı

Futbol
Bu gün, 19:51

Şeffild Uensdey Ceymi Vardini geri qaytarmaq istəyir

Futbol
Bu gün, 19:44

"Sabah" - "Kəpəz" matçı başlanır

Futbol
Bu gün, 19:32

„Liverpul“ Barkola ilə bağlı danışıqları dayandırıb

Futbol
Bu gün, 19:06

Çelsi “Real Sosyedad”ı yoldaşlıq oyununda məğlub edib

Digər
Bu gün, 18:52

Mirmehdi Miriyev Tailanddakı döyüşündə qalib gəlib

Digər
Bu gün, 18:39

Ronaldu boşanma halında ömürlük Corcinaya ayda 100 min avro ödəyəcək

Futbol
Bu gün, 18:28

Feliks Uduohay „Beşiktaş“ı tərk edəcək

Cüdo
Bu gün, 17:59

İslam Mahaçov: Sambo özünümüdafiə və MMA üçün ən yaxşı idman növüdür

Qarabağ FK
Bu gün, 17:46

Vaqif Cavadov: “Tvente” “Qarabağ”a qarşı istəkli olacaq”

Qarabağ FK
Bu gün, 17:29

"Qarabağ" məğlub etməli olduğumuz komandadır

Olimpiada
Bu gün, 17:26

İtaliyalı sprinter Avropa çempionatında qeyri-adi saç düzümü ilə diqqət çəkdi

Futbol
Bu gün, 16:46

Murad Məmmədovun nənəsi: “Üç iynə vurmuşdular, bir dərman qəbul etmişdi”

Futbol
Bu gün, 16:25

Qabriel Martinelli 45 milyon avro təklifini rədd edib

Basketbol
Bu gün, 16:04

U-16 qızlardan ibarət Azərbaycan milli basketbol komandası Kipri məğlub edib

Futbol
Bu gün, 16:00

Kristal Pelas 21 yaşlı yarımmüdafiəçini transfer edib

Minifutbol
Bu gün, 15:46

Araz-Naxçıvan "İmişli" ilə oyunu itki ilə keçirəcək

Futbol
Bu gün, 15:30

Arsenal Cek Hinshelvudu Transfer Edə Bilər

Cüdo
Bu gün, 15:11

İlham Zəkiyev Avropa çempionatının finalına vəsiqə qazandı

Basketbol
Bu gün, 15:00

Neftçi basketbol komandası Cerod Robinson ilə müqavilə bağladı

Oxşar xəbərlər