İtaliyalı sprinter Filippo Dezza atletika üzrə Avropa çempionatında qeyri-adi saç düzümü ilə diqqət mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, o, yarışa sosial şəbəkələrdə "tarixin ən pis saç düzümü" adlandırılan formada çıxıb.
Məlum olub ki, bu, İtaliya millisinin yeni üzvü üçün komanda yoldaşlarının hazırladığı bir "xaç suyuna salma" mərasimi olub.
Komanda üzvləri Avropa çempionatı ərəfəsində millinin debütantını belə "sınaqdan keçiriblər".
Dezzanın saç düzümü qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
View this post on Instagram