top
Hacı Əliyev Məktəbdə... layihəsində şagirdlərlə görüşüb - FOTO Idman.biz
03 mart 2026, 11:10
- ↺ +

Hacı Əliyev "Məktəbdə..." layihəsində şagirdlərlə görüşüb - FOTO

Sərbəst güləş üzrə 3 qat dünya, 4 qat Avropa çempionu, 2 qat olimpiya mükafatçısı, Atletlər Komissiyasının üzvü, Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə koordinatoru Hacı Əliyev "Məktəbdə..." layihəsinin qonağı olub.

İdman.Biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki görüşü paytaxtdakı 47 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib.

5 mart- Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində məktəbdə qonaq olan Hacı Əliyev şagirdlərlə təhsil müəssisəsinin idman zalında görüşüb. Qonaq həm məktəblilərlə səmimi söhbət edib, həm də şagirdlərin müxtəlif idman növləri üzrə məşq prosesini izləyib.

H.Əliyev sağlam həyat tərzinin təbliği, idmanın gənclərin fiziki və mənəvi inkişafındakı rolu, peşəkar idmançı olmağın məsuliyyəti və uğura aparan yol barədə danışıb. Sərbəst güləşçi idman karyerası boyunca qazandığı təcrübəni şagirdlərlə bölüşüb, məqsədyönlü çalışmanın və nizam-intizamın əhəmiyyəti, təhsil və idmanın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.

Qazandığı uğurlardan danışan Hacı Əliyev bildirib ki, hər bir nailiyyətin arxasında uzun illərin zəhməti dayanır və idmançı üçün ən böyük qürur həmin zəhmətin nəticəsi olaraq Azərbaycan bayrağını zirvələrdə görməkdir. Qonaq, həmçinin şagirdlərə zərərli vərdişlərdən uzaq olmağın və sağlam seçimlər etməyin əhəmiyyəti barədə tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.

"Məktəbdə…" layihəsinin əsas məqsədi şagirdlərdə mənəvi-əxlaqi dəyərlərə hörmət və mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrə aludəçiliyin aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə yollarını təbliğ etməkdən ibarətdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Voleybol
Bu gün, 19:43

Polşa klubu Bakıda 'DH Volley'lə oyunun yayımının olmayacağını elan etdi

Futbol
Bu gün, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Qarabağ FK
Bu gün, 19:40

Ayman Buali: “İndi Azərbaycana daha keyfiyyətli, daha samballı legionerlər gəlir”

Futbol
Bu gün, 19:31

Deko Mançester Siti müdafiəçisini Barselonaya gətirməyi planlaşdırır

Futbol
Bu gün, 19:30

Braziliya çempionatının bombardiriri Kevin Viverosun ÇSKA transferi

Digər
Bu gün, 19:28

Tahir Abdullayev UFC-də qərarla qələbə qazanıb, mart ayına qədər yenidən döyüşmək istəyir

Futbol
Bu gün, 19:20

Fermin Lopes iki oyunda diskvalifiyasiya edildi

Qarabağ FK
Bu gün, 19:20

«Sabah» – «Barselona»: Azərbaycan və İspaniya klublarının avrokuboklardakı 10-cu qarşılaşması

Futbol
Bu gün, 19:16

Yoroya məhkumlaya cəza ləğv edilməsi qərarı müdafiə edildi

Futbol
Bu gün, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Futbol
Bu gün, 19:10

Mançester Yunayted müdafiəçisi Eyden Heven qış transfer pəncərəsində icarəyə göndərilə bilər

Digər
Bu gün, 19:08

Bakıda 33 idman federasiyasını bir araya gətirəcək ExpoSport Azerbaijan 2026 sərgisi

Qarabağ FK
Bu gün, 19:00

Şahruddin Məhəmmədəliyev səs-küylü açıqlamasına “Sportinfo”nun qeyri-rəsmi söhbətində aydınlıq gətirdi

Futbol
Bu gün, 18:59

Pep Qvardiola, Neymarı “Barselona”dan əvvəl “Bavariya”ya transfer etmək istəyib

Futbol
Bu gün, 18:50

Rahim Sterlinq avtomobil qəzası və gülüş qazı istifadəsi ilə bağlı 12 aylıq şərti həbs cəzası aldı;

Futbol
Bu gün, 18:39

Man City rədd edilən qırmızı kart üçün üzr istəməyəcək

Digər
Bu gün, 18:26

Azərbaycanda idman yarışlarında hakim və xarici idmançı xərcləri yeni normalara uyğunlaşdırıldı

Futbol
Bu gün, 18:20

"Barselona" Dortmundun 17 yaşlı yarımmüdafiəçisi Matis Albert ilə maraqlanır

Oxşar xəbərlər