top
Əmirreza Məsumi Azərbaycan millisini seçməsinin səbəblərini açıqladı: Maliyyə amili deyil, peşəkar yanaşma və səmimi münasibət həlledici oldu Idman.biz
30 dekabr 2025, 16:00
- ↺ +

Əmirreza Məsumi Azərbaycan millisini seçməsinin səbəblərini açıqladı: Maliyyə amili deyil, peşəkar yanaşma və səmimi münasibət həlledici oldu

Əslən İrandan olan və idman karyerasını bundan sonra Azərbaycanda davam etdirməyi planlaşdıran güləşçi Əmirreza Məsumi Azərbaycan millisinin heyətinə qoşulmaq qərarını maddi amillərlə əlaqələndirmir.

İdman.Biz xəbər verir ki, bu sözləri 21 yaşlı güləşçi şəxsi "Instagram" hesabındakı paylaşımda qeyd edib.

O, Azərbaycan millisinin heyətini seçməsinin səbəbini bu sözlərlə açıqlayıb:

"Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan millisinin üzvüyəm və bundan sonra bu ölkənin uğurları üçün çalışacağam. Təəssüf ki, sosial mediada bu keçidin əsas səbəbinin maliyyə məsələləri olduğu iddia edilir. Halbuki bu iddialar reallığa uyğun deyil. Doğrudur, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, lakin Azərbaycanın idmana peşəkar yanaşması, güləşdə əfsanəvi simalarımızın və dostlarımızın burada olması, eləcə də ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. İnanıram ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət peşəkar karyeramın davamında daha böyük uğurlar qazanmağıma imkan yaradacaq".

Güləşçi indiyədək əldə etdiyi uğurlarda böyük rolu olan məşqçilərinə minnətdarlığını bildirib:

"21 yaşımadək İran yığmasının üzvü olmuşam və doğulduğum, böyüdüyüm ölkənin bayrağını qürurla çiyinlərimdə daşımışam. Bu müddət ərzində 17 , 20 və 23 yaşadək dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmışam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərə və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Əmirreza Məsumi vurğulayıb ki, Azərbaycan güləşinin daha da inkişaf etməsi naminə bütün imkanlarını səfərbər edəcək:

"Azərbaycan Güləş Federasiyasından mənə göstərdikləri böyük etimada görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına isə səmimi və isti qarşılanmaya görə ürəkdən təşəkkür edirəm. Bu etimada cavab olaraq bütün gücümlə çalışacaq, beynəlxalq arenalarda ölkəm üçün uğur qazanmaq yolunda bütün diqqətimi və səylərimi səfərbər edəcəyəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Oxşar xəbərlər