top
Azərbaycan Alpinizm Federasiyası ExpoSport sərgisində stendi ilə fərqlənir Idman.biz
Bu gün, 10:08
- ↺ +

Azərbaycan Alpinizm Federasiyası ExpoSport sərgisində stendi ilə fərqlənir

"Sərgidə Azərbaycan Alpinizm Federasiyasının stendi həm ərazisinə, həm də rəngarəngliyinə görə fərqlənir".

Bu sözləri Azərbaycan Alpinizm Federasiyasının İdarəetmə Heyətinin üzvü Sima Səfərova "ExpoSport Azerbaijan 2026" sərgisində İdman.Biz-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, federasiya özündə həm dağçılığı, həm də idman dırmanmasını birləşdirir, ümumilikdə alpinizm anlayışına isə haykinq, trekinq, kempinq və idman dırmanması daxildir.

Sima Səfərova qeyd edib ki, idman dırmanması Olimpiya növüdür və artıq iki dəfə Olimpiya idman növü kimi təmsil olunub; Azərbaycandan hələlik akkreditasiyadan keçib lisenziya qazanılmasa da, bu sahədə uşaqların üzərində iş aparılır.

O, həmçinin azərbaycanlı alpinistlərin uğurlarını diqqətə çatdıraraq ilk azərbaycanlı qadın alpinist Vəfa Musayevanın həm Everest, həm də Lhotse zirvələrinə eyni ekspedisiya çərçivəsində ardıcıl qalxdığını, son illərdə Elmira Aslanovanın texniki baxımdan çətin zirvələrdən sayılan Ama Dablamı fəth etdiyini bildirib. Özünün isə milli yığmanın üzvü Leyla Əhmədova ilə birlikdə ilin əvvəlində, yanvar ayında Argentinada yerləşən Akonkaqua zirvəsinə qalxdığını vurğulayıb.

Bununla yanaşı, Sima Səfərova federasiyanın yenidən akkreditasiyadan keçərək üç ildir fəaliyyət göstərdiyini, lakin ciddi problemlərlə üzləşdiklərini açıqlayıb.Onun sözlərinə görə, mövcud məşq yeri dünya standartlarına uyğun deyil, köhnə "zatsepka" və tutacaqlarla məşq edərək beynəlxalq yarışlarda yüksək yer tutmaq qeyri-mümkündür.

Səfərova həmçinin təəssüflə qeyd edib ki, milli yığma komandanın məşqçisi yoxdur, o cümlədən özü və digər üzvlər özbaşlarına məşq edirlər. Buna baxmayaraq, bildikləri və təcrübələrini gənclərə, uşaqlara və yeniyetmələrə ötürür, imkan düşdükcə isə onları ölkə xaricindəki yarış və tədbirlərə göndərərək təcrübə toplamalarına çalışırlar.

Qeyd edək ki, "ExpoSport Azerbaijan 2026" idman sərgisi noyabrın 28-dək davam edəcək. Ziyarətçilər tədbir çərçivəsində müxtəlif idman növləri, müasir idman texnologiyaları və avadanlıqları ilə tanış ola biləcəklər. Həmçinin ustad dərsləri, interaktiv oyunlar, idman nümayişləri, hədiyyəli viktorinalar və avtoqraf sessiyaları təşkil olunacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:01

Rayan, Braziliya milli futbolçusu, PSJ, Real və Liverpool tərəfindən maraqlanır

Futbol
Bu gün, 10:00

Rüfət Abbasov: Eren Aydının çənə zərbəsi üçün qırmızı vərəqə verilməli idi

Futbol
Bu gün, 10:00

"Inter Miami" MLS pley‑off mərhələsində Kolambusun qələbəsi ilə mübarizəni dayandırdı

Futbol
Bu gün, 10:00

19 yaşlı futbolçu cinsi zorakılıqda həbs müddəti uzadıldı

Futbol
Bu gün, 10:00

"Neftçi" futbolçusundan: Azarkeşlərin dəstəyi əlavə güc verdi

Futbol
Bu gün, 09:55

Aleks Kampos Bakıda Çempionlar Liqasında Debüt Edərək Emosional Paylaşımda

Futbol
Bu gün, 09:54

Səbail‑dən 5 qollu qələbə

Futbol
Bu gün, 09:40

İngiltərə klubu 17 yaşlı futbolçunu 8 milyon avro üçün transfer etməyə çalışır

Futbol
Bu gün, 09:29

Turan Tovuz – Kəpəz 13-cü turda Premyer Liqası qarşılaşması

Futbol
Bu gün, 09:19

Messi və Inter Miami MLS pley-offda erkən çıxış etdi

Futbol
Bu gün, 09:17

"Xankəndi" səfərdə sevindi

Digər
Bu gün, 09:12

Azərbaycan təmsilçiləri Türk Şahmat Assosiasiyasının çempionatında qızıl medal qazanıb

Futbol
Bu gün, 09:08

Ronaldo, Keynin Qızıl Top mükafatını qazanmasını "9 nömrə"nin geri dönməsi kimi gördü

Futbol
Bu gün, 09:07

Nottingham Forest ev sahibliyi edərək Çelsini 3‑2 məğlub etdi

Qarabağ FK
Bu gün, 09:00

"Sabah" qonaq edir "Araz‑Naxçıvan"ı, qələbə üzünə həsrət qalan komanda

Futbol
Bu gün, 08:40

Borussiyanın stadionunu genişləndirərək tamaşaçı tutumunu artırmağa yönəlmiş planlar

Futbol
Bu gün, 08:32

İnter Mayami MLS pley‑off mərhələsində Kolombus Kryuya məğlub oldu

Futbol
Bu gün, 08:20

Turan Tovuz vs Kəpəz: Kim sevinəcək?

Futbol
Bu gün, 08:03

Sorlotun zədəsi "Atletiko"nun qış transfer planlarını poza bilər

Qarabağ FK
Bu gün, 08:00

Turan Tovuz – Kəpəzə, Sabah – Araz‑Naxçıvana qarşı 13‑cü tur

Futbol
Bu gün, 08:00

"Perkonun tələsik qərarı və "İmişli" liderinin davamı"

Futbol
Bu gün, 08:00

Etan Mbappenin yeni klubı müəyyənləşdi: Lill

Futbol
Bu gün, 07:03

Con Terri, David Rayanı dünyanın ən yaxşı qapıçısı hesab edir

Oxşar xəbərlər