top
Dünya Çempionatı: Eldəniz Əzizlidən bürünc medal, Ülvü Qənizadə finalda, Murad Əhmədiyev bürünc medal uğrunda güləşəcək Report.az
19 sentyabr 2025, 22:07
- +

Dünya Çempionatı: Eldəniz Əzizlidən bürünc medal, Ülvü Qənizadə finalda, Murad Əhmədiyev bürünc medal uğrunda güləşəcək

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.

"Report" Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı bürünc medal görüşündə qırğızıstanlı Ulan Uulu ilə qarşılaşıb.

Rəqibinə elə ilk hissədə tam üstünlüklə (9:0) qalib gələn millimizin kapitanı dünya üçüncüsü olub. Beləliklə, karyerasında 7-ci dəfə böyüklər arasında fəxri kürsüyə qalxan (4 qızıl, 3 bürünc) bu göstəricidə Azərbaycan güləşinin yeni rekordçusu olub.

Nihat Məmmədli (60 kq) əlcəzairli Abdelkarim Ferqata tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda özbəkistanlı Alişer Qaniyevə 4:8 hesabıyla məğlub olub. Bu görüşdə ciddi zədələnən güləşçimiz yarışdan çəkilib.

Ülvü Qənizadə (72 kq) 1/8 finalda əlcəzairli Abdelmalek Merabetə (6:0), 1/4 finalda isə Cənubi Koreya güləşçisi Yeonqhun Noha (8:3) qalib gəlib. Həmyerlimiz yarımfinalda isə özbəkistanlı Abdulla Aliyevə şans tanımayıb – 5:0. Üçüncü dəfə dünya çempionatının finalına yüksələn Ülvü həlledici qarşılaşmada fransalı İbrahim Qanemlə üz-üzə gələcək.

Murad Əhmədiyev debütdə italiyalı Nikoloz Kaxelaşvilidən (4:1), 1/8 finalda qırğızıstanlı olimpiya mükafatçısı Uzur Cuzupbekovdan (5:1) güclü olub. Güləşçimiz 1/4 finalda ermənistanlı olimpiya, 4 qat dünya və 7 qat Avropa çempionu Artur Aleksanyanla qarşılaşıb. Titullu rəqibinə "tuş"la qalib gələn Murad yarımfinala yüksəlib. Əhmədiyev rusiyalı Artur Sarqsyana ilk xal prinsipinə əsasən (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, E.Əzizlinin qazandığı medal Azərbaycan üçün beşinci olub. Daha əvvəl sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (125 kq) gümüş, Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafata sahib çıxıblar.

güləş dünya çempionatı Yunan-Roma güləşi medal
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:17

Avropa çempionu Çiro İmmobile futbol karyerasını başa vurub

Futbol
Bu gün, 04:13

Breel Embolo MLS klubuna keçməyə yaxındır

Futbol
Bu gün, 03:05

Komo klubu Çelsinin hücumçusunu transfer etməyə çalışır

Futbol
Bu gün, 02:04

Kərim Benzema əvəzlənməsindən narazı qalaraq məşqçi ilə mübahisə edib

Futbol
Bu gün, 01:53

Atalanta yoldaşlıq oyununda Atletik Bilbaonu məğlub edib

Futbol
Bu gün, 01:35

Koventri Siti yoxlama oyununda Monakonu məğlub edib

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:57

Misli Premyer Liqasının 1-ci turu: Turan Tovuz - Qəbələ

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Güləş
Dünən, 23:00

Süleyman İsmayılzadə Avropa Çempionatında 17-ci olub

Futbol
Dünən, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Futbol
Dünən, 22:45

Kaxaber Tsxadadze “Qəbələ”də böyük potensial görüb

Minifutbol
Dünən, 22:39

Səbail Boluda ilk yoxlama oyununu qələbə ilə başa vurdu

Futbol
Dünən, 22:29

İmad Farac “Neftçi”dən “Esperans”a keçdi

Futbol
Dünən, 22:13

De Yonq: “Çempionlar Liqası bizim üçün xüsusi bir bənddir”

Futbol
Dünən, 22:07

Neftçi futbolçusu İmad Farac Tunisin Esperans klubuna keçdi

Futbol
Dünən, 21:55

Atletiko Marseldə “Monako”ya qalib olub

Cüdo
Dünən, 21:41

Azərbaycanlı paracüdoçu Avropa çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 21:14

Mançester Siti "Barselona"nın təkliflərindən məyus olub

Futbol
Dünən, 20:57

"Çelsi" Enzo Fernandes üçün yazılı təklifalmadı

Oxşar xəbərlər