top
Azərbaycan Güləş Federasiyası Aslan Abakarovun dopinqə görə cəzalandırılmasına münasibət bildirdi Report.az
20 iyun 2025, 14:53
- +

Azərbaycan Güləş Federasiyası Aslan Abakarovun dopinqə görə cəzalandırılmasına münasibət bildirdi

Dopinqə görə 3 illik diskvalifikasiya olunan Azərbaycan güləşçisi Aslan Abakarov həkimlə məsləhətləşmədən dərman qəbul edib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

İdmançının 2024-cü ildə təşkil olunan Azərbaycan çempionatından sonra verdiyi dopinq testin nəticələrinin müsbət çıxdığı bildirilib:

"O, 2024-cü ildə Bakı İdman Sarayında keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında 97 kq çəki dərəcəsində sərbəst güləşdə bürünc medal qazanıb. Həmin yarışdan sonra AMADA-nın əməkdaşları bütün idmançılardan, o cümlədən Aslan Abakarovdan test nümunəsi götürüb. Həmin dopinq test müsbət nəticələnmişdi. İdmançının apellyasiya şikayətinə baxmayaraq, göstərilən səbəblər qəbul edilmədiyi üçün diskvalifikasiyaya məruz qalıb. İdmançı belə əsaslandırır ki, xəstələndiyi üçün Rusiyada həkimin yazdığı reseptə uyğun olaraq dərman alıb. Lakin dərmanın tərkibində dopinq olduğunu bilməyib. Nəticədə dopinq testi müsbət çıxıb.

Əslində isə hər bir milli üzvü istənilən dərmanı qəbul etməmişdən əvvəl bu barədə yığmanın həkiminə bildirməlidir. Həkimlə məsləhətləşdikdən sonra icazə verilərsə, dərmanı qəbul edə bilər. Ancaq Aslan həkimlə məsləhətləşmədən dərman qəbul edib. Bizdə demək olar hər il AMADA ilə əməkdaşlıq çərçivəsində seminarlar keçirilir. Çünki dopinq siyahısı hər dəfə genişlənir, yeni maddələr əlavə olunur, qadağan olunmuş dərmanlar göstərilir. İdmançılar təlimatlandırılır. Qaydalara əməl etməyənlər belə problemlərlə üzləşirlər. Sevindirici haldır ki, son illərdə millinin heç bir aparıcı üzvü dopinq problemi ilə üzləşməyib. Hər bir idmançıya dərman qəbul edərkən yığmanın həkimi ilə məsləhətləşməsinin vacibliyi bildirilib".

Qeyd edək ki, Aslan Abakarov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu və idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə 36 aylıq cəzalanıb. Fevralın 7-də tətbiq edilən sanksiyanın müddəti 2028-ci il fevralın 7-də başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Bu gün, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Bu gün, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Bu gün, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Bu gün, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Bu gün, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Bu gün, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Bu gün, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Bu gün, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Bu gün, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Bu gün, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Bu gün, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Bu gün, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Bu gün, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Bu gün, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Futbol
Bu gün, 20:00

"Arsenal" İngiltərə Superkubokunu qazandı

Basketbol
Bu gün, 19:55

Neftçi SOCAR 3x3 basketbol komandası Dünya Qadın Seriyasından kənara düşür

Futbol
Bu gün, 19:35

Zion Suzuki „Aston Villa“ya transfer olunub

Voleybol
Bu gün, 19:14

Azərbaycan çimərlik voleybolçuları beynəlxalq turnirdə uğur qazanıb

Futbol
Bu gün, 19:01

Sumqayıt-Neftçi: Azərbaycan Premyer Liqasının 1-ci turu

Futbol
Bu gün, 18:52

Kərim Benzemanın “Əl-Hilal”la müqaviləsi ləğv edilə bilər

Futbol
Bu gün, 18:31

"Tvente" "Qarabağ"ın rəqibi "PEC Zvolle"ni məğlub edib

Futbol
Bu gün, 18:12

Türkiyə klubu Aytac Şərifova və Sevinc Cəfərzadə ilə müqaviləni uzadıb

Basketbol
Bu gün, 17:52

Neftçi SOCAR Dünya Qadın Seriyasında mübarizəni dayandırdı

Oxşar xəbərlər