top
Fiqurlu konkisürmədə uğursuz nəticələr: Federasiya strategiyanı dəyişməlidirmi? - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
30 mart 2026, 17:31
- ↺ +

Fiqurlu konkisürmədə uğursuz nəticələr: Federasiya strategiyanı dəyişməlidirmi? - İDMAN.BİZ-in TƏHLİLİ

Tək çıxış edən idmançılar, idman cütlükləri və rəqs duetləri üçün 2025/2026 fiqurlu konkisürmə mövsümü rəsmi olaraq başa çatıb. İlin son böyük yarışı – dünya çempionatı Azərbaycan üçün son pillələrdə tamamlanıb. Ölkəni Nərgiz Süleymanova, Vladimir Litvintsev və rəqs dueti Samantra Ritter / Daniel Brikalov təmsil edib.

İdmançıların heç biri dünya çempionatının final mərhələsinə yüksələ bilməyib. Bunun üçün tək çıxış edənlər ilk 24-lüyə, rəqs cütlükləri isə ilk 20-liyə düşməli idilər.

Üstəlik, ötən ilin dünya çempionatı ilə müqayisədə fiqurlu konkisürənlərimizin nəticələrində geriləmə müşahidə olunur:

Nərgiz Süleymanova

2026 – 49,00 xal və 33 iştirakçı arasında 27-ci yer;

2025 – 50,97 xal və 33 iştirakçı arasında 25-ci yer.

Vladimir Litvintsev

2026 – 65,10 xal və 36 iştirakçı arasında 31-ci yer;

2025 – 83,10 xal və 39 iştirakçı arasında 15-ci yer.

Samantha Ritter / Daniel Brikalov

2026 – 50,56 xal və 31-ci yer (sonuncu);

2025 – 52,30 xal və 36 iştirakçı arasında 33-cü yer.

Nərgiz Süleymanovaya gəlincə, o, 2026-cı ildə artıq ölkə idmanı tarixində ilk dəfə Avropa çempionatında çıxış edən azərbaycanlı kimi adını tarixə yazdırıb. Onun timsalında söhbət daha çox nəticədən yox, milli fiqurlu konkisürmənin təmsilçilik və inkişaf aspektindən gedir. Bu idman növündə əsasən milliləşdirilmiş idmançılar üstünlük təşkil edir. Süleymanova isə Almaniyada doğulub, Kanadada məşq edir. Tarixi vətəni olan Azərbaycanı təmsil etmək onun şəxsi istəyi olub və bunun üçün o, müəyyən müddət karyerasını dayandırmalı olub.

Azərbaycanla heç bir bağlılığı olmayan xarici idmançıların cəlb olunması isə fərqli xarakter daşıyır. Belə strategiyanın əsas məqsədi beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaq olmalıdır. Bu isə həm dövlətin nüfuzunu artırır, həm də ölkə daxilində bu idman növünün populyarlaşmasına və inkişafına töhfə verir.

Məhz bu məqsədlə Azərbaycan Qış İdman Növləri Federasiyası xarici idmançılara sərmayə yatırmalıdır, lakin hazırda bu çıxışlar barədə təşkilatın özü belə geniş məlumat yaymır. Nəticədə ölkə əhalisinin böyük hissəsi bu idmançılardan xəbərsiz qalır və onları nümunə və ya motivasiya mənbəyi kimi qəbul etmir.

Böyük beynəlxalq yarışlarda ilk 10-luq Azərbaycan üçün artıq yaxşı nəticə sayılardı. Buna Vladimir Litvintsev 2022/2023 mövsümündə dünya çempionatında 11-ci yeri tutmaqla yaxın olmuşdu. Lakin ümumilikdə onun nəticələri sabit deyil və yeddi il ərzində ölkəni təmsil etməsinə baxmayaraq, ciddi irəliləyiş müşahidə olunmur.

İkinci Olimpiadasında Litvintsev 63,63 xal toplayaraq final mərhələsinə yüksələ bilməyib və 29-cu – sonuncu yeri tutub. Bu, Azərbaycan fiqurlu konkisürmə tarixində Olimpiya Oyunlarında ən zəif nəticədir. Bundan sonra federasiyanın baş katibi Günel Bədəlova bildirib ki, idmançı ilə əməkdaşlığın taleyi dünya çempionatından sonra müəyyənləşdiriləcək. Lakin bu yarışda da Litvintsevin nəticələri Olimpiya çıxışından fərqlənməyib. Federasiyadan İdman.Biz-ə söz verilib ki, yaxın zamanda dünya çempionatındakı çıxışlarla bağlı rəsmi açıqlama təqdim edəcəklər.

Maraqlıdır ki, təşkilat Samantra Ritter / Daniel Brikalov duetinin çıxışı ilə bağlı da mövqe bildirəcəkmi? Onlar artıq üçüncü böyük turnirdə Azərbaycan bayrağı altında çıxış ediblər. İki dünya çempionatından əlavə, 2022/2023 mövsümündə Avropa çempionatında da iştirak edərək 18-ci yeri tutublar.

Qeyd etmək vacibdir ki, söhbət tək bir uğursuz çıxışdan yox, uzun illərdir davam edən inkişafın olmamasından gedir. Bu isə müəyyən mənada federasiyanın milliləşdirdiyi idmançılar üçün "xeyriyyəçilik" fəaliyyəti təsiri bağışlayır. Əgər xarici idmançılar cəlb olunursa, onlar real olaraq medal uğrunda mübarizə aparmağa qadir və ya bu potensiala malik olmalıdırlar. Lakin rusiyalı Veronika Jilina ilə bağlı təcrübə göstərir ki, ölkələr perspektivli idmançıları buraxmaq istəmirlər. Xatırladaq ki, Beynəlxalq Konkisürmə İttifaqı onun keçidinə Rusiya federasiyasından rəsmi icazə məktubu olmadığı üçün icazə verməyib.

Beləliklə, sual yaranır: federasiya niyə bu cür milliləşdirilmiş idmançılara maliyyə ayırmaqda davam edir?. Niyə diqqət yerli idmançıların yetişdirilməsinə, idmanın inkişafına və keyfiyyətli məşqçilərin cəlb olunmasına yönəldilmir? Xüsusilə də ölkədə artıq buz arenası mövcuddur.

Federasiyanın illərdir apardığı eksperimentlər açıq şəkildə uğursuzluqla nəticələnir. Bəlkə artıq strategiyanı dəyişməyin, ya da təşkilatın vəziyyəti dəyişmək gücündə olmadığını etiraf etməyin vaxtıdır?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:41

“Mançester Yunayted”in Karriki istefaya göndərməməsinin səbəbləri üzə çıxıb

Digər
Bu gün, 18:29

Fati 6 həftəlik sıradan çıxdı

Digər
Bu gün, 18:27

“Liverpul” Mak Allisterlə bağlı qərarını dəyişir - yeni müqavilə hazırlanır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Qarabağ FK
Bu gün, 17:40

"Qarabağ" U-19 UEFA Gənclər Liqasında Zagreb "Dinamosu"na 1:2 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 17:40

"Napoli", "Şaxtyor"un braziliyalı müdafiəçisi Vinisius Tobiasa maraq göstərir

Qarabağ FK
Bu gün, 17:35

Qarabağ U‑19 Dinamo tərəfindən 1:2 məğlub edildi

Cüdo
Bu gün, 17:35

Əbu-Dabi Böyük Dəbilqə turnirində Azərbaycanın cüdoçularının püşkatma rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 17:20

Real Madrid, Liverpulun Argentinalı futbolçusunu transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 17:17

Turan Tovuz və Sabahın matçı öncəsi heyət vəziyyəti təsdiqləndi – İdmam.Biz açıqlaması

Futbol
Bu gün, 17:00

"Sumqayıt"ın futbolçusu Renan Santana:

Cüdo
Bu gün, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabağ FK
Bu gün, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Qarabağ FK
Bu gün, 16:40

"Qarabağ" "Sabah"la oyundan sonra 6 min manat cərimə alıb

Futbol
Bu gün, 16:40

Xviça Kvaratsxeliyanın çarpaz bağları qopdu, əməliyyat edildi

Futbol
Bu gün, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Şahmat
Bu gün, 16:32

Murad İbrahimli “Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibi oldu

Futbol
Bu gün, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Digər
Bu gün, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabağ FK
Bu gün, 16:20

Ağdam klubi 'Sabah' matçında azarkeşlərin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Futbol
Bu gün, 16:20

Jadon Sancho İspaniya klubunun təklifini rədd etdi

Oxşar xəbərlər