top
Avropa Kuboku yenidən Bakıda: ulduzlar Milli Gimnastika Arenasında bir araya gəlib Idman.biz
01 may 2025, 16:50
- ↺ +

Avropa Kuboku yenidən Bakıda: ulduzlar Milli Gimnastika Arenasında bir araya gəlib

On günlük fasilədən sonra bədii gimnastika ulduzları yenidən Bakıya toplaşıblar. Dünya kubokundan sonra Milli Gimnastika Arenası daha bir turnirə – Avropa kubokuna ev sahibliyi edir. Bu yarış əlavə intriqa yaradan maraqlı qaydaları ilə seçilir.

İdman.biz xəbər verir ki, Avropa kubokunun tarixi ötən il Bakıda başlayıb və yenə paytaxtımızda davam etdirilir.

Turnirdə yenidən ölkəmizə təşrif buyuran bir neçə tanınmış gimnast da çıxış edir. Onların arasında Dünya kubokunda çoxnövçülükdə qalib gəlmiş Sofia Raffaeli, eləcə də İtaliya millisinin digər üzvü, burada lentlə hərəkətlərdə bürünc medal qazanmış Tara Draqaş da var.

Həmçinin Dünya kubokunun Bakı mərhələsində ən çox medala sahib çıxan ukraynalı Taisiya Onofriyçuku da qeyd etmək olar. O, halqa ilə hərəkətlərdə birinci, çoxnövçülük, top və lentlə hərəkətlərdə ikinci, gürzlərlə hərəkətlərdə isə üçüncü olub və ümumi sıralamada liderlik edir.

Keçən il Avropa kuboku bir neçə qitəni bir araya gətirmişdi: turnirdə Avstraliya, ABŞ və Cənubi Koreyadan da gimnastlar çıxış etmişdi. Bu dəfə isə Kosta-Rika, Misir, Hindistan və Özbəkistandan idmançılar gəliblər. Ümumilikdə yarışda 25 ölkədən 175 gimnast çıxış edəcək.

Turnir maraqlı qaydalar əsasında keçirilir. Çoxnövçülük üzrə təsnifat mərhələsindən sonra ən yaxşı 16 gimnast mütləq birinciliyin finalında "Cross Battle" adlı mərhələdə qüvvəsini sınayacaq. Qaydalara əsasən, təsnifatda birinci yeri tutan gimnast 1/8 finalda 16-cı yerdəki iştirakçı ilə qarşılaşacaq, ikinci – 15-ci ilə və s. Play-off mərhələsində gimnastlar yalnız qalibin müəyyənləşdiriləcəyi bir növdə çıxış edəcəklər.

Ayrı-ayrı növlərdə finallar nəzərdə tutulmayıb. Bütün hərəkətlər üzrə mükafatçılar çoxnövçülüyün nəticələrinə əsasən müəyyən olunacaq. Qrup hərəkətləri komandaları da "Cross Battle" mərhələsində yarışacaq. Bu baxımdan, Avropa kubokunda mövsümdə ilk sınağı olacaq Azərbaycan komandasını izləmək maraqlı olacaq.

Turnirin 45 min avroluq mükafat fondu da diqqət çəkir. "Cross Battle" qalibi 6.000 avro, ən yaxşı qrup isə 10.000 avro mükafat alacaq.

Azərbaycan yarışda geniş heyətlə təmsil olunur. Fərdi proqramda böyüklər kateqoriyasında Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələr arasında isə Şəms Ağahüseynova, Azadə Atakişiyeva və Fidan Qurbanlı çıxış edəcəklər.

Böyüklərdən ibarət qrup komandasında Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alıblar. Yeniyetmələrdən ibarət qrup komandasına isə Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, İlahə Bahadırova, Şəms Müvəffəqi və Nilufər Oruclu daxildirlər.

Qeyd edək ki, ötən illə müqayisədə Avropa kubokunun müddəti bir gün artırılıb. Bakıda dörd gün boyunca ulduzların parlayacağı bədii gimnastika bayramı olacaq.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Bu gün, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Bu gün, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Bu gün, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Bu gün, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Bu gün, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Bu gün, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Bu gün, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Bu gün, 21:56

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

Futbol
Bu gün, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Bu gün, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Bu gün, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Bu gün, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Bu gün, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Bu gün, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Oxşar xəbərlər