top
AZMİU-da Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub Sport24.az
14 may 2026, 14:00
- +

AZMİU-da Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub

UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, turnir universitetin müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilib və universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb. Yarışın həlledici oyunları AZMİU-nun idman zalının futzal meydançasında baş tutub.

 

Üçüncü yer uğrunda görüşdə İnşaat fakültəsinin komandası Memarlıq fakültəsinin kollektivini 5:1 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçısı olub. Final qarşılaşmasında isə Tikinti-İqtisad fakültəsinin komandası ilə Nəqliyyat fakültəsinin komandası ilə üz-üzə gəliblər. Rəqibini 3:2 hesabı ilə üstələyən Tikinti-İqtisad fakültəsinin komandası yarışın qalibi olub.

 

Turnirin yekununda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutanlar isə müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.

 

Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi şəxsləri iştirak edərək qalib və mükafatçı komandaları təbrik edib, onlara kubok və mükafatları təqdim ediblər.

 

Qeyd edək ki, bu cür turnirlərin təşkili gənclər arasında futbola marağın artırılması, kütləvi futbolun inkişafı və tələbələrin asudə vaxtının səmərəli təşkili baxımından xüsusi əhəmiyyət kəsb edir. AFFA və AZMİU gələcəkdə də bu istiqamətdə birgə layihələri davam etdirməyi planlaşdırır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:10

Zidanın böyüklüyü Cordanla müqayisə olunur

Formula 1
Bu gün, 04:20

F1 mövsümünün ilk yarısında ən pis pilotlar

Futbol
Bu gün, 03:19

PSJ "Ayaks"dan hücumçu Miki Qodtsun transferini açıqlayıb

Futbol
Bu gün, 02:14

Ruben Amorim “Mançester Yunayted” üzərindəki qələbəni şərh edib

Futbol
Bu gün, 01:55

Sevilya azlıqda Rayo Valyekanonu məğlub edib

Qarabağ FK
Bu gün, 01:36

Maykl Kerrik: "Mançester Yunayted" mövsümöncəsi oyununda məğlub olub

Futbol
Bu gün, 01:18

"Əl-Nəsr" Ronaldusuz "Əl-Fateh"i böyük hesabla məğlub edib

Futbol
Bu gün, 00:56

Valdas Dambrauskas: “Qələbə əsasdır”

Futbol
Bu gün, 00:25

La Liqada mövsümün açılış matçında “Alaves” “Xetafe”ni məğlub edib

Futbol
Bu gün, 00:18

İnter" "Betis"i mövsümöncəsi yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:59

Ced Spens “İnter”ə keçib

Futbol
Dünən, 23:39

Kamilo Duran “Seltik”də ilk rəsmi qolunu vurub

Futbol
Dünən, 23:20

Zion Suzukinin PSJ-yə transferi uğursuzluqla nəticələnib

Futbol
Dünən, 23:17

Azər Məmmədov: “Kəpəz” transferlərindən narazılıq yoxdur”

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu “Əl-Nəsr”in oyununa azarkeş kimi qatılıb

Futbol
Dünən, 22:21

Muhammed Salahın oyunu “Trabzonspor”a xal qazandırdı

Futbol
Dünən, 22:18

Ramil Şeydayevin komandasının matçı təxirə salındı

Futbol
Dünən, 22:12

Di Qreqorio „Montsa“ya qayıda bilər

Futbol
Dünən, 21:57

Anatoli Nuriyev qol vurdu, lakin komandası məğlub oldu

Futbol
Dünən, 21:52

Borussiya Dortmund və Roma arasında yoldaşlıq oyunu heç-heçə ilə başa çatıb

Futbol
Dünən, 21:43

Cavid Hüseynov: “Bu çempionat daha maraqlı olacaq”

Futbol
Dünən, 21:38

Sumqayıt" portuqaliyalı futbolçu ilə müqavilə imzaladı

Futbol
Dünən, 21:30

“İmişli” - “Araz-Naxçıvan” 0:0: Fərid Namazov fikirlərini bölüşüb

Minifutbol
Dünən, 21:15

"Araz-Naxçıvan"da yeni baş məşqçi təyin olunub

Oxşar xəbərlər