"Zirə"nin futbolçusu Enrike Kustodio vətəni Braziliyada ön çarpaz bağ əməliyyatı olunub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçi 6-8 ay sonra yaşıl meydanlara dönəcək.
31 yaşlı futbolçu başa çatan mövsümdə Misli Premyer Liqasında 24 oyunda 6 məhsuldar ötürmə edib.