top
Zirə Karvan-Yevlaxı minimal hesabla məğlub edib (YENİLƏNİB) Idman.biz
19 mart 2026, 16:50
- +

"Zirə" "Karvan-Yevlax"ı minimal hesabla məğlub edib (YENİLƏNİB)

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Karvan-Yevlax" - "Zirə" oyunu yekunlaşıb.

İdman.Biz xəbər verir ki, görüş gərgin mübarizə şəraitində keçib.

Matçın ilk hissəsində komandalar hesabı aça bilməyiblər və fasiləyə qolsuz bərabərliklə yollanıblar - 0:0.

İkinci hissədə də uzun müddət tarazlıq pozulmayıb. Lakin oyunun taleyini 79-cu dəqiqədə vurulan qol həll edib. Belə ki, Anatoli Nuriyev fərqlənərək "Zirə"ni hesabda önə keçirib.

Qalan dəqiqələrdə hesab dəyişməyib və "Zirə" minimal hesablı qələbə qazanıb - 0:1.

16:36

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Karvan-Yevlax" - "Zirə" oyununda hesab açılıb.

İdman.Biz xəbər verir ki, 79-cu dəqiqədə Anatoli Nuriyev "Zirə" klubunu hesabda irəli çıxarıb - 0:1.

16:04

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Karvan-Yevlax" - "Zirə" oyununda ikinci hissə start götürüb.

İdman.Biz xəbər verir ki, oyunda hesab açılmayıb.

15:55

Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Karvan-Yevlax" - "Zirə" oyununda ilk yarı bitib.

İdman.Biz xəbər verir ki, oyunda hesab açılmayıb.

15:01

Misli Premyer Liqasının 25-ci turunun "Karvan-Yevlax" - "Zirə" oyunu start götürüb.

İdman.Biz xəbər verir ki, oyunu hakim Rəşad Əhmədov idarə edir.

14:06

"Karvan-Yevlax" Misli Premyer Liqasının 25-ci turunda Yevlax şəhər stadionunda "Zirə"ni qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 15:00-da start götürəcək qarşılaşmada meydana aşağıdakı heyətlərlə çıxacaq:

"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 21. İmani Barker, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli.
Baş məşqçi: Füzuli Məmmədov.
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 19. Rüfət Abdullazadə, 4. Ruan Renatov, 25. Enrike Kustodio, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 30. Rikardo Martins, 5. Ange Mutsinzi, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 26. Stefan Aka, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 11. Junior Martins, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.

09:23

Bu gün futbol üzrə Misli Premyer Liqasının 25-ci turunun oyunu "Karvan-Yevlax" "Zirə" arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Rəşad Əhmədov idarə edəcək.

"Karvan-Yevlax" səkkiz xalla turnir cədvəlinin on ikinci pilləsində yer alıb. 39 xala malik "Zirə" isə dördüncüdür.

Misli Premyer Liqası
Üçüncü Dövrə, 25-ci tur
19 mart
15:00. "Karvan-Yevlax" - Zirə"

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu

Qeyd edək ki, tura martın 21-də yekun vurulacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Olimpiada
17 sentyabr 2026, 22:25

Azərbaycan Atletika Milli Komandasının yeni məşqçi təyinatı

Oxşar xəbərlər