top
Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var Idman.biz
Dünən, 22:00
- ↺ +

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının yeddinci turunda "Şamaxı" ilə heç-heçə etdikləri görüşdən (1:1) sonra ciddi heyət problemlərindən danışıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis mətbuat konfransında qarşılaşmanın gözlədikləri kimi ağır keçdiyini bildirib:

"Oyun çox ağır keçdi. Üç həftə idi ki, bu matça hazırlaşırdıq. Futbolçulara daim deyirdik ki, qarşılaşma gərgin və yorucu olacaq. Elə də oldu. Birinci hissə bizim üçün yaxşı keçdi, amma əlverişli epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaq məsafədən zərbə ilə qol vurdu. Buna qol epizodu demək də çətindir. Bundan sonra hesabı bərabərləşdirdik, yaxşı hücumlarımız oldu. Təəssüf ki, ikinci qolu vura bilmədik. Belə ciddi çətinliklər yaşadığımız dövrdə hətta bir xal qazanmaq da asan deyildi. Xoşbəxtlikdən, heç olmasa, bir xal əldə etdik".

Sadıqov çempionatdakı fasiləni dəyərləndirərkən zədə və xəstəliklərin komandanın hazırlığına təsir etdiyini vurğulayıb:

"Fasilənin əsas faydası zədəli futbolçularımızla bağlı idi. Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla milli komandada zədə aldı. Quima da zədələndi. Giorgi Papunaşvilinin iki həftə qızdırması oldu. Problemlər bir-birinin üzərinə gəlir. Onlar haqqında nə qədər çox danışırıqsa, sanki sayı da bir o qədər artır.

Papunaşvili cəmi bir məşq keçirmişdi. Eren Aydın da elə. İmkanım olsaydı, onları meydana buraxmazdım. Leqbo üçün də bu, zədədən sonra ilk oyun idi. Meydana buraxmağa futbolçumuz yox idi. Bu tendensiya davam edir. Qapımıza bir zərbə vuruldu və qol oldu. Belə hallarda qələbə qazanmaq çətindir".

Baş məşqçi zədələrin səbəblərinə toxunaraq sıx oyun qrafikinin də problemlərə təsir edə biləcəyini qeyd edib:

"Leqbonun çiynində problem yarandı. Papunaşvili iki həftə qızdırma ilə yataqda qaldı. İssanı Tovuzda 60-cı dəqiqədə əvəzləmişdim, çünki yorulmuşdu. Milli komandaya getdi və orada zədələndi. Ktataunun sümüyü sınıb. Çox qəribə hadisələr baş verir.

Quimanın bugünkü zədəsi də adi epizodda baş verdi. Ardıcıl dörd ağır oyun keçirmişik. Belə matçlardan sonra bu cür problemlərlə üzləşirsən. Ola bilsin, sıx oyun qrafikinə görə bunlar üst-üstə düşür.

Əlimizdən heç nə gəlmir. Qalan sağlam futbolçularla nəsə etməyə çalışacağıq. Məcburən oyun sistemini dəyişirik, başqa variantlar düşünürük. Leqbonu sol cinah müdafiəçisi, Bayere Lueni isə hücumçu kimi nəzərdən keçirirdik. Amma futbolçu çatışmazlığına görə Leqbonu irəli çəkməli olduq".

Sadıqov evdə itirilən xallardan və növbəti turda Gəncədə keçirəcəkləri oyundan da danışıb:

"Biz də ev oyunlarından maksimum nəticə ilə ayrılmaq istəyirik. Amma rəqib seçmək olmur. "Şamaxı" da bu matçda keyfiyyətini göstərdi. Gəncədə isə dolu tribunalar qarşısında bizi nəyin gözlədiyini bilirik.

Hazırda olmaq istədiyimiz vəziyyətdə deyilik. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşırdıq, indi isə tamam fərqli mənzərə ilə üzləşmişik. Heyətimizdə səkkiz–doqquz zədəli futbolçu var".

Mütəxəssis qapıçı Anar Nəzirovun komandadakı rolunu da açıqlayıb:

"O, karyerasını başa vurmaq istəyirdi. Bu mövsüm üçüncü qapıçı statusundadır, eyni zamanda qapıçılara kömək edir".

İssa Cibrillanın durumuna münasibət bildirən Sadıqov onun bir müddət komandadan ayrı qalacağını söyləyib:

"Bu qədər zədə problemi adamı yorur. O da milli komandadan zədələndiyini yazanda artıq nə düşünəcəyini bilmirsən. Çox yaxşı futbolçudur, heyətimizdə görmək istədiyimiz oyunçulardandır. Görünür, iki–üç həftə bizimlə olmayacaq".

Baş məşqçi keçmiş qapıçı Tyaqo Silvanın "Şəfa"ya keçidini də şərh edib:

"Silva həm azarkeşlərin, həm də məşqçilər korpusunun sevdiyi futbolçulardan idi. Ötən mövsümün bitməsinə bir–iki ay qalmış ona yeni müqavilə də təklif etmişdik. Onun gedişinə qədər nə baş verdiyini dəqiq izah edə bilmirəm. Bir qədər də düşünmək istəyirdi. Biz isə avrokuboklara hazırlaşdığımızı və cəmi iki–üç həftə vaxtımız olduğunu bildirdik.

Onu da başa düşürəm. Ola bilsin, daha yaxşı təklifləri var idi. Amma biz onun komandadan ayrılmasını istəmirdik. Yaxşı komandaya – "Şəfa"ya keçib. Ona uğurlar arzulayıram".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Futbol
09 oktyabr 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi;

Qarabağ FK
09 oktyabr 2026, 16:45

Azərbaycan Kubokunda 12‑0 qalibiyyətlə son 23 mövsümün ən böyük fərq rekordunu kəsdi

Cüdo
09 oktyabr 2026, 12:57

Jüdo dünya çempionu Sansiro Murao: “Azərbaycan çox gözəl və qonaqpərvərdir”

Cüdo
09 oktyabr 2026, 10:56

Cüdo üzrə Olimpiya çempionumuz Zelim Kotsoyev dünya çempionatının 1/32 finalına çıxır - YENİLƏNİR + FOTO

Boks
09 oktyabr 2026, 10:55

Avropa U‑17 boks çempionatında Azərbaycanlı səkkiz boksçumuz yarımfinala yüksəldi

Basketbol
09 oktyabr 2026, 10:39

ABL ikinci turda Sumqayıt Naxçıvanı ev sahəsində qarşılayacaq

Oxşar xəbərlər