Albaniya Super Liqasının beşinci turunda "Eqnatiya" doğma meydanda "Partizani"ni 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyev fasilədən dərhal sonra meydana daxil olub. Həmin vaxt "Eqnatiya" hesabda minimal fərqlə öndə olub.
Legionerimiz ikinci hissəni tam keçirib və komandasının üstünlüyünü sona qədər qorumasında iştirak edib.
Qeyd edək ki, bu qələbədən sonra "Eqnatiya" xalını 12-yə çatdıraraq turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.