2024/25-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Səbail" futbolçusu Yusif Nəbiyevlə müqavilə müddətini artırıb. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub.
Müdafiəçi 2023-cü ilin yayından "dənizçilər"in formasını geyinir.
Qeyd edək ki, Nəbiyev ötən mövsüm "Səbail"in heyətində ümumilikdə 37 oyuna çıxıb. O, bu görüşlərdə 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.