top
Yuri Vernidub: Neftçidə liderlərlə xal fərqini azaltdıq və mübarizə aparırıq Sport24.az
18 mart 2026, 13:30
- ↺ +

Yuri Vernidub: "Neftçi"də liderlərlə xal fərqini azaltdıq və mübarizə aparırıq

"Neftçi"nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukraynanın sport.ua saytına müsahibə verib. Sport24.az həmin müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırır.

 

- Artıq yeni şəraitə öyrəşmisiniz? Azərbaycanda işləmək necədir?

- Əlbəttə, öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Saat 8:00 – 8:30-da artıq orada oluram. Günümü səhərdən axşama qədər bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə qayıdıram. Azərbaycanda işləmək hər yerdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlıdır, eyni zamanda məsuliyyətlidir və özünəməxsus xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur. Əvvəlki oyunlardan birində özümü güclə saxladım ki, heç nə deməyim. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalanını başqaları şərh etsin.

 

- Siz zəngin tarixə malik və ölkənin ən titullu klublarından birinə rəhbərlik edirsiniz. Bu mövsüm çempionluq artıq real görünmür. Komandanın məqsədi nədir?

- Mən "Neftçi"yə komandanın nəticələrini yaxşılaşdırmaq və maksimum potensialını göstərmək üçün gəlmişəm. Yeni futbolçulardan heç kimi özüm gətirməmişəm. Mənə əvvəlki heyət qalıb. Deyə bilərəm ki, uşaqlar yaxşı hazırlaşıblar, texnikalı və sürətlidirlər. Medal şansları hələ də var, çünki qarşıda 10 oyun qalır. Axıra qədər mübarizə aparacağıq. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq və avrokuboklarda oynamaq istəyirik. Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb. Odur ki, mübarizə aparacağıq, zaman göstərəcək.

 

- Komanda ilə tez uyğunlaşa bildiniz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Oyunçular hər şeyi anlayır, tapşırıqları yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda nəticələrə baxacağıq.

 

- Məlum olduğu kimi, bizim həmyerlilərimizdən "Neftçi"də "Çernomorets"in sabiq futbolçusu Andrey Ştoqrin oynayır. Komandada ukraynalı legionerlərdən başqa kimsə də var?

- Hələlik başqa yoxdur. Mənim görmək istədiyim oyunçular bura gəlməyəcək. Onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.

 

- Bir müddət əvvəl oğlunuz Vitali artıq məşqçi kimi fəaliyyətə başladı. O, necə işləyir?

- Hər şey yaxşıdır. O da "Neftçi"nin məşqçilər heyətində çalışır və işinin öhdəsindən tam gəlir.

 

- Həyat yoldaşınız sizinlədir?

- Bəli, Bakıda mənimlədir. Məni gözləyir, yemək hazırlayır. Həmişə evdə nahar edirəm. Lesya ilə birlikdə oturub söhbət edirik, sonra dincəlirik. O da burada özünü yaxşı hiss edir. Bakı sakit və gözəl şəhərdir, gəzməyə vaxt tapır.

 

- Vətəninizdəki hadisələri izləməyə vaxt tapırsınız? 

- Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çox kədər gətirdi. Qardaşım oğlu artıq 2 ildir döyüşür. Drujkovka, Konstantinovka bölgəsində vəziyyət çox ağırdır. Daim əlaqədəyik. Bu yaxınlarda öyrəndim ki, ön cəbhədə maşınlarını vurublar. Onlara "Nissan Navara" pikap alıb göndərdim. Şükür ki, çatıb, hər şey qaydasındadır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər