top
Yunis Hüseynov: “Neftçi”nin baş məşqçisi və futbolçuları azarkeşlərdən üzr istəməlidirlər” İdman.biz
07 may 2024, 16:54
- ↺ +

Yunis Hüseynov: “Neftçi”nin baş məşqçisi və futbolçuları azarkeşlərdən üzr istəməlidirlər”

"Sumqayıt" "Kəpəz"lə matçda lazım olan və vacib 2 xalı itirdi".

Bunu İdman.bizə veteran futbolçu Yunis Hüseynov deyib.

O, Azərbaycan Premyer Liqasının XXXIII turunu dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Gəncə təmsilçisi 1:1 hesabı ilə yekunlaşan görüşdə yaxşı oyun nümayiş etdirib, hətta qələbə belə qazana bilərdi: "Lakin "Sumqayıt"da yorğunluq hiss olunurdu. Bundan öncə "Qarabağ"la matçda qələbə qazandıqları üçün xeyli güc sərf etmişdilər. Qarşıda daha 3 tur var. Konfrans Liqasına vəsiqə qazanmaq istəyirlərsə, xal itirməməlidir".

O, "Qarabağ" - "Neftçi" (5:0) matçını isə stadiondan izləyib: "Ağ-qaralar"ın azarkeşi olduğuma görə həmişə qalib gəlmələrini və kubok qazanmalarını istəyərəm. Əfsuslar olsun ki, bu dəfə də oyunu yarıya kimi izləyib, əsəbiləşib stadionu tərk elədim. Oyun baxımından "Qarabağ" hər bir cəhətdən "Neftçi"ni üstələdi. Ağdam təmsilçisi hətta daha böyük hesabla qələbədə qazana bilərdi. "Neftçi"nin oyunçularını sanki meydançaya zorla çıxarmışdılar. Onlar hələ də hansı klubda oynadıqlarını dərk etmirlər. Fikrimcə, baş məşqçisindən tutmuş oyunçusuna qədər hər birinə hansı formanı geyindiklərini çatdırmaq lazımdır. "Neftçi" Azərbaycan futbolunun flaqmanıdır. Lakin bunlar elə bilirlər ki, sıradan bir komandadır. Gəldin pulunu aldın, çıxdın getdin olmamalıdır. Rəhbərlik tərəfindən də futbolçulara hər cür şərait yaradılıb. "Qarabağ"a qarşı oyun göstərmədilər. Demək olar ki, hamısı meydanda gəzirdilər. "Qarabağ" isə layiqli qələbəsini qazandı. Hələ yaxşı ki, matç 5:0 hesabı ilə bitdi. Orada azarkeşləri gördüm. Onlar 90 dəqiqə "Neftçi"ni dəstəklədilər. Elə baş məşqçi də, futbolçular da həmin azarkeşlərdən üzr istəməlidirlər".

O, "Turan Tovuz" - "Zirə" (1:2) matçının isə çətin keçdiyini vurğulayıb: "Ev sahibləri azarkeşlik baxımından yaxşıdır. Bu dəqiqə ən çox azarkeş də Tovuzdadır və komandaya əlavə motivasiya verirlər. "Zirə" üçün çətin olacağını bilirdik. Amma yenə də, qəsəbə təmsilçisi vacib 3 xalı qazandı. Bərabər səviyyəli oyun keçdi. Fikrimcə, qapıçının kobud səhvi nəticəsində "Zirə" komandası qələbə qazandı".

Veteran futbolçunun sözlərinə görə, "Araz-Naxçıvan" - "Sabah" (0:1) matçında isə komandalar bir-birindən fərqlənməyib: "Bakılılar yeni baş məşqçi gəldikdən sonra oyun baxımından deyil, ələ düşən imkanlardan yaxşı istifadə edirlər. Ayaz Quliyev gözəl qola imza atdı. Hansısa komanda bu matçda üstün deyildi. "Araz-Naxçıvan" da çempionatda qalmasını təmin edib. Lakin "Sabah"a lazım olan o idi ki, avrokuboka gedən yolda büdrəməsin".

Hüseynov "Səbail" - "Qəbələ" (2:3) matçında isə bölgə təmsilçisinin gənc futbolçuların hesabına özünü yaxşı tərəfdən göstərdiyini deyib: "Bu xalın onlara lazımlı olub-olmadığını deyə bilmərəm. Amma həmişə qələbə ruhunda oynamaq üçün bu cür motivasiya lazım olur. İmkanlar hər iki tərəfdə çox oldu. Amma "Qəbələ"yə gənc futbolçularla qalib gəldiyi üçün təşəkkür düşür".

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Futbol
Bu gün, 12:40

Mənbə: Manuel Noyerin karyerası bu mövsümün sonunda başa çata bilər

Futbol
Bu gün, 12:39

AFFA İntizam Komitəsi: İki İcraçıyı Hakimə Təhqir üçün Cəzalandırdı

Futbol
Bu gün, 12:33

Vaqif Sadıqov U-17 yığmasının Almaniyanı 0:7 hesabıyla uduzmasının səbəblərini izah etdi

Futbol
Bu gün, 12:21

«Zirə»nin milli fasilədən sonra «İmişli»yə qarşı ilk matçı noyabrın 20-də olacaq

Futbol
Bu gün, 12:20

Manchester United futbolçuları təyyarədə münaqişədə düşdülər

Futbol
Bu gün, 12:10

Zidane: Mbappe zədə səbəbindən Fransa millisinin İtaliya ilə oyununu buraxacaq

Digər
Bu gün, 12:09

Yuliya Kərimova: "Qrup mərhələsinə yüksəlmək Azərbaycanın qadın voleybolu üçün mühüm hadisədir"

Futbol
Bu gün, 12:00

“Neftçi” Seneqalli ilə yollarını ayırmağa hazırlaşıyor

Qarabağ FK
Bu gün, 11:58

Neftçi sabiq kapitanı Iqor Mitreski: Liderliyi tam sonuna qədər qorumaq vacibdir

Cüdo
Bu gün, 11:44

Bakıda region cüdoçularının təlim‑məşq toplanışı başladı

Gimnastika
Bu gün, 11:31

Azərbaycan gimnastları 32-ci Dünya Yaş Qrupları yarışı finalına çatdı

Voleybol
Bu gün, 11:28

Sportinq, Xilasediciyə məğlub olaraq Portuqaliyada məyusluqla qarşılandı

Futbol
Bu gün, 11:20

La Liqada son 10 mövsümdə bu qədər qol vurulmayıb

Voleybol
Bu gün, 11:13

‘Xilasedici’ baş məşqçisi: Yeni hədəflər üçün mübarizə davam edir

Gimnastika
Bu gün, 11:07

Ömər Qasımlı və Muhamməd Həsənli Çində dünya yaş qrupları gimnastikada finala vesiqə qazandı

Oxşar xəbərlər