top
Yığmamızın baş məşqçisi: “Avropa çempionatında ən güclülərdən biri bizik” İdman.biz
27 may 2024, 15:19
- ↺ +

Yığmamızın baş məşqçisi: “Avropa çempionatında ən güclülərdən biri bizik”

"Hazırlıqlarımız iki aydır başlayıb. Bu, çempionatın final ərəfəsində olduğu üçün məşqləri fasilələrlə keçdik".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev mətbuat üçün açıq məşqdə deyib.

O, Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssisin sözlərinə görə, komandada hər şey qaydasındadır: "Sabah Bakıda sonuncu məşqimizdir. Tam hazırıq. Heç bir problemimiz yoxdur. Bizi çətin oyunlar gözləyir. İnanıram ki, hazırlığın bəhrəsini görəcəyik. Ağır qrupa düşmüşük. Dünya reytinqində ikinci yerdəyik. Ən güclü komandalardan biri də bizik və iddialıyıq. Fikrimiz odur ki, qrupu zədəsiz keçək".

O bildirib ki, rəqiblərimizdən Fransa və İtalyanı təhlil ediblər: "Yaxşı rəqiblərdir. Amma zəif tərəfləri də var. Bunlar üzərində işləyib, özümü yaxşı tərəfdən göstərəcəyik. Biz daha sürətli və daha yüngül komandayıq. Komandada texnika da güclüdür. Fikrimcə, bu üstünlüklərimizdən istifadə etməliyik ki, nəticə qazanaq. Qrupda daha az güc itirmək istəyirik. Bunu etməyi bacarsaq, daha uzağa gedə bilərik. Əsas məqsədimiz budur. Hər çempionluqdan sonra qarşımıza həm xalqımız, həm də rəhbərlik final tapşırığı qoyur. Çünki son Avropa çempionuyuq. Fikrimcə, ora gedib çıxa biləcəyik. 2022-ci ildəki komandanı indiki ilə müqayisə etmək istəməzdim. Bu komandamız da zəif deyil, güclü heyətimiz var. Bəzi oyunçular var ki, komandaya qoşub daha güclü vəziyyətə gətirmişik. Futbolçularımız artıq neçə ildir bu yarışlarda iştirak edirlər və özlərini daha hazır hiss edirlər".

Qeyd edək ki, millimiz iyunun 1-dən 8-nə kimi Avropa çempionatında mübarizə aparacaq.

Emin Ağa
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Oxşar xəbərlər