top
Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam” Idman.biz
Dünən, 23:48
- ↺ +

Yeton Bekiri: “Qəbələyə şikayət və ya ağlamağa gəlməmişəm, yalnız işləmək üçün buradayam”

"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının yeddinci turunda səfərdə "Sumqayıt"a 1:4 hesablı məğlubiyyəti şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında erkən buraxılan qolların komandanın toparlanmasını çətinləşdirdiyini söyləyib:

"Belə oyunlarda erkən qollar buraxdıqdan sonra matça qayıtmaq son dərəcə çətindir. İki qol buraxdıq, amma sonra toparlanaraq hesab arasındakı fərqi azaltdıq. Təəssüf ki, cəmi bir neçə dəqiqə sonra üçüncü qolu buraxdıq. Bu, komandada ciddi psixoloji gərginlik yaradır.

Hələ kluba gəlməmişdən əvvəl də "Qəbələ"nin oyunlarını təhlil edirdim. Komanda çox lazımsız, "ucuz" qollar buraxırdı. Müdafiədə Premyer Liqada iddialı komandanın yol verməməli olduğu səhvləri edirik. Bu problemləri aradan qaldırmaq üçün buradayıq".

Bekiri mövsümün gedişində komandaya qoşulmasını uğursuz nəticələrə bəhanə gətirməyəcəyini vurğulayıb:

"Mən bura şikayət etməyə və ya ağlamağa gəlməmişəm. Burada yalnız işləmək üçünəm və keçmişə baxmaq istəmirəm. Sərəncamımızda olan futbolçularla mümkün olan ən yaxşı nəticələri əldə etməyə çalışacağıq. Kluba, futbolçulara və liqaya böyük hörmətlə yanaşıram. Geriyə yox, irəli baxmaq lazımdır".

Baş məşqçi heyətdəki çatışmazlıqlara və futbolçuların oyun formasına da toxunub:

"Bu gün Xayme Syerra kimi vacib futbolçumuz çatışmırdı. Rafael Utziq və Endri Çekiçinin optimal oyun formasını bərpa etməsinə ehtiyacımız var. Bu futbolçular komandaya tam uyğunlaşanda daha rəqabətədavamlı olacağıq.

Taktiki sxemin dəyişməsi müəyyən uyğunlaşma çətinlikləri yarada bilər. Amma fərdi səhvlər sistemdən deyil, diqqətin itirilməsindən qaynaqlanır. Bizə vaxt lazımdır. Düşünürəm ki, bu çatışmazlıqları aradan qaldıracağıq".

Bekiri növbəti turda qarşılaşacaqları "Sabah"la oyun barədə də danışıb:

"Premyer Liqa çox güclü liqadır. "Sabah" yaxşı komandadır. Qısa müddətdə nəyi bacarırıqsa, dəyişməyə çalışacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
Bu gün, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
Bu gün, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Futbol
Dünən, 23:40

Flick erkən qolun “Barselona”nın 3:0 qələbəsindəki əhəmiyyətini vurğuladı

Futbol
Dünən, 23:21

Azər Bağırov Edqar Adilxanovun transfer xəbəri barədə rəsmi olaraq inkar etdi

Basketbol
Dünən, 22:58

"Neftçi" 83:79 hesabıyla "Ordu"nu məğlub edərək mövsümə start verdi, "LANDAU Lions" isə NTD-yə 102:68 qalib gəldi

Basketbol
Dünən, 22:24

“Neftçi”nin baş məşqçisi qələbədə ehtiyat oyunçuların böyük rolunu vurğuladı

Futbol
Dünən, 22:00

Zirə baş məşqçisi Rəşad Sadıqov: Heyətimizdə səkkiz‑doqquz zədəli futbolçu var

Cüdo
Dünən, 20:54

Uşanqi Kokaurinin Dünya Çempionatı Finalı Taktiki Səhvlərə Bağlıdır, Titullar Onun Psixologiyasına Təsir Etmir

Futbol
Dünən, 17:55

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

Futbol
Dünən, 15:34

Sumqayıt son yeddi qarşılaşmada Qəbələyə məğlub olmayıb

Futbol
Dünən, 11:00

“Sabah”ın legioneri Akim Zedadka: “Qalib gəlməsək də məğlub olmamalıyıq”

Qarabağ FK
Dünən, 10:00

Viçko Şevel: “Sabah”la iki xal itirdik, “Qarabağ”a qalib gəlməliyik

Futbol
Dünən, 04:19

Kili Qonsales: Messi Argentina millisi üçün ömrünün sonuna qədər darıxacaq

Futbol
Dünən, 03:47

“Juventus” argentinalı futbolçu Nikolas Qonsaleslə uzunmüddətli müqaviləni yenilədi

Basketbol
Dünən, 01:47

Naxçıvanın baş məşqçisi qələbəni, Sumqayıtın baş məşqçisi məğlubiyyəti şərh etdi

Futbol
Dünən, 01:21

Mançester Siti Premyer Liqa ilə maliyyə cəriməsi razılaşması üçün danışıqlar apardı

Futbol
Dünən, 00:59

Mahirin komandası Polşada 1:4 məğlubiyyətlə sonuncu yerdə

Futbol
Dünən, 00:41

Azərbaycan qadın milli komandası Antalyasporu 2:1 hesabla məğlub etdi

Futbol
Dünən, 00:33

Neftçi‑Sabah matçının 0:0 dəyərli videolu təqdimatı

Futbol
Dünən, 00:12

Jorge Jesúsun Ronaldu ilə münaqişəsi ona da cəza gətirə bilər

Futbol
09 oktyabr 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Futbol
09 oktyabr 2026, 19:49

Türkiyə Futbol Federasiyası Montellanı vəzifəsindən azad etdi

Oxşar xəbərlər