top
YETƏR! - TƏHLİL İdman.biz
05 iyun 2024, 11:47
- ↺ +

YETƏR! - TƏHLİL

Qadın futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində ilk qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, yığmamız Bakıda Türkiyəni 1:0 hesabı ilə məğlub edib.

Bu qələbə Siyasət Əsgərovun yetirmələrinə hava-su qədər lazım olan 3 xalı gətirib. Komandamız qalibiyyət sayəsində 1-ci yeri tutmaq və A liqasına yüksəlməyə nəzəri şanslarını saxlayıb. Amma bu, çox çətin olacaq. Çünki Bakıda 0:4 hesabı ilə uduzduğumuz İsveçrə ilə səfər görüşünə ümid etmək yersiz görünür. Əslində, bunun özü də yetərli deyil və digər nəticələr önəmlidir.

Ən əsası isə Türkiyə üzərində qələbə C liqasına yuvarlamaq təhlükəsinə ciddi təsir edib. Artıq yığmamızın taleyi başqalarının deyil, öz əlindədir.

Növbəti turda qələbə Azərbaycan millisini B liqasında yerini təmin etməsi ilə nəticələnə bilər. Söhbət Macarıstanla iyulun 12-dəki matçdan gedir.

Yığmamız səfərdə 1:1 heç-heçə etdiyi rəqibi Bakıda udsa, sonuncu olmayacağı rəsmiləşəcək. Çünki ən pis halda Azərbaycanla Macarıstanın eyni xalı olacaq ki, komandamız şəxsi oyunlarda rəqibini qabaqlayacaq. Hətta üç yığma – Türkiyə, Azərbaycan və Macarıstanın xalları bərabər olsa da, millimiz sonuncu yeri tutmayacaq. Buna görə də Bakıdakı qələbə B liqasında qalmağa yetər.

Düzdür, B liqasının qrup üçüncülərindən də biri aşağı diviziona düşəcək. Amma Macarıstan üzərində qələbə ilə xallarını 7-yə çatdırmaqla ən zəif 3-cü yer sahibi olmaqdan da qurtulacaq.

Digər tərəfdən millimiz Macarıstanı udarsa, AVRO-2025-in pley-offunun 1-ci mərhələsinə vəsiqə qazanacaq. Bu raunda hətta ən yaxşı nəticəyə malik qrup sonuncusu da çıxacaq. V turdakı qalibiyyət pley-offun 12 iştirakçısı sırasına vəsiqəni təmin edəcək.

Əsgərovun komandası Macarıstanla heç-heçə etsə, yığmanın taleyi son turda həll olunacaq. Bakıdakı məğlubiyyət isə Türkiyə - İsveçrə matçının nəticəsini və zərurət yaransa son turu həllediciyə çevirəcək.

1

İsveçrə

4

3

0

1

9-3

9

2

Türkiyə

4

2

0

2

4-5

6

3

Macarıstan

4

1

1

2

4-5

4

4

Azərbaycan

4

1

1

2

2-6

4

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Dünən, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Oxşar xəbərlər