"Kristal Palas" rəsmi saytında Yaponiya millisinin müdafiəçisi Takehiro Tomiyasunun azad agent kimi transfer olunduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, oyunçu London klubunda 17 nömrəli formanı geyinəcək. Onun "Kristal Palas"la müqaviləsinin təfərrüatları açıqlanmayıb.
"Başlamağı səbirsizliklə gözləyirəm. Bu klub hazırda əla formadadır və iki mövsümdə üç titul qazanıb. Mən burada oynamaq istəyirəm", - deyə "Kristal Palas"ın mətbuat xidməti Tomiyasunun sözlərini sitat gətirib.
"Kristal Palas" ötən mövsüm İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci yeri tutub. Yapon oyunçu əvvəllər "Arsenal"da oynayıb və ötən mövsümün ikinci yarısını "Ayaks"da keçirib.