top
Xəyal Nəcəfov: “Çox çətin sual oldu, nə cavab verəcəyimi bilmirəm” Sport24.az
02 iyun 2024, 12:00
- ↺ +

Xəyal Nəcəfov: “Çox çətin sual oldu, nə cavab verəcəyimi bilmirəm”

2 ildi icarə əsasında "Turan Tovuz"un formasını geyinsə də, müqavilə ilə "Neftçi"yə məxsusdu. Artıq icarə müddəti başa çatıb. Gələcəyini hansı klubda görür? Bu və bizi maraqlandıran başqa sullara cavab tapmaq üçün Xəyal Nəcəfovla danışmağa qərar verdik. Sport24.az-a müsahibə verən yarımmüdafiəçi həm geridə qalan mövsümü dəyərləndirib, həm də gələcəyi ilə bağlı danışıb.



- Öncə geridə qoyduğumuz mövsümü dəyərləndirərdin...
- Mövs
ümə yaxşı başladıq. Elə oldu ki, 11 oyun uduzmadıq. Amma bir ara biz də əksər komandalar kimi "qara zolağ"a düşdük. Ümumi götürəndə xarakter göstərdik, döyüşdük, hətta məğlub olduğumuz matçlarda belə dominant futbol sərgilədik. Sonuncu görüşümüzü də 3 xalla tamamladıq. Hesab edirəm ki, pis çıxış etmədik.


- Öz performansından razı qaldın?  
- Həmişə üzərimdə çalışıb daha yaxşı çıxış etməyə çalışıram. Məncə, 5 ballıq şkala üzrə götürsək, kafi qiymətləndirmək olar. Növbəti mövsümdə daha yaxşı olmağa çalışacam.


- Bu il sənin üçün ən yadda qalan oyun hansı oldu?
- "Araz-Naxçıvan"la oyunumuzu qeyd edərdim. Həmin qarşılaşmada həm qol vurdum, həm də məhsuldar ötürmə etdim.


- "Turan Tovuz"da icarədə idin. Müqavilə ilə "Neftçi"yə məxsussan və mövsümlərarası fasilədə "ağ-qaralar"ın düşərgəsinə dönməlisən. Gələcəyini hansı komandada görürsən?
- Bəli, "Turan Tovuz"la icarə müddətim yayda bitir. "Neftçi" ilə isə 2025-ci ilə kimi sözləşməm var. Odur ki, "ağ-qaralar"ın düşərgəsinə qoşulub toplanışa yollanacam. Ondan sonra klub rəhbərliyi barəmdə hansı qərarı versə razılaşacam.


- Seçim səndən asılı olsaydı "Neftçi"ni, yoxsa "Turan Tovuz"u seçərdin?
- Çox çətin sual oldu (gülür), nə cavab verəcəyimi bilmirəm. Müqavilə ilə "Neftçi"yə məxsusam. Onu da xüsusi vurğulayım ki, bir il "ağ-qaralar"ın heyətində oynayıb komandaya maksimum faydalı olmağa çalışdım. Yenidən şans versələr paytaxt klubu üçün əlimdən gələni edəcəm.


- "Neftçi" bu il uğursuz çıxış edərək mövsümü 5-ci pillədə tamamladı. "Ağ-qaralar"ın belə zəif çıxşına münasibətini bilmək istərdik...
- Əslində bu barədə nəsə danışmağım düz çıxmaz. Amma "Neftçi"nin avrokuboklara vəsiqə qazana bilməməsi yaxşı olmadı. "Neftçi" Azərbaycan futbolunda markadı. Bu komandanın tarixi və ənənəsi var. Ona görə "Neftçi" həmişə zirvədə olmalıdı.  



- Miodraq Bojoviç "Neftçi"dən yola salındı. Səncə, bundan sonra komandaya yerli, yoxsa əcnəbi mütəxəssis dəvət olunmalıdı?
- Kimliyindən asılı olmayaraq əsas odur ki, "Neftçi"ni irəli aparan mütəxəssis olsun.

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Basketbol
Bu gün, 01:50

Neftçi basketbol komandası Mikonosun beş oyunlu qələbə seriyasına son verdi

Şahmat
Bu gün, 00:36

Şəhriyar Məmmədyarov qrup mərhələsində 3 xal ilə başladı

Futbol
Bu gün, 00:23

Britaniya nəşri Azərbaycan millisinin qrup mərhələsində məğlubiyyətsiz lider olduğunu qeyd edir

Futbol
Bu gün, 00:09

Tuxel: 7:0 məğlubiyyət Xorvatiyanın gücünü əks etdirmir

Futbol
Dünən, 23:51

De la Fuente: Yamalın vəziyyəti və mediadakı yanlış iddialar

Olimpiada
Dünən, 23:48

Azərbaycan taekwondoçusu Adil Kazımlı gümüş medal qazanıb

Futbol
Dünən, 23:37

Tçuameninin “Selta” ilə qarşıdakı oyunda iştirakının qeyri-müəyyənliyi

Futbol
Dünən, 23:12

Real Madrid, Endrik'i komandada saxlamaq üçün planlaşdırır

Cüdo
Dünən, 22:55

Coşqun Əliyev -60 kg çəki sinifində Avropa çempionu

Basketbol
Dünən, 22:52

Kostas Vasiliadis: ‘Neftçi və Azərbaycan basketbolu üçün sevinc dolu’

Digər
Dünən, 22:41

Dvalişvili Usman və Umar Nurməhəmmədovun arxadan hücum etdiyini iddia edir

Futbol
Dünən, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Dünən, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Dünən, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Dünən, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Dünən, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Dünən, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Dünən, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Oxşar xəbərlər