top
Xanlar Əliyev: U-16 UEFA İnkişaf Turniri Avropa çempionatına hazırlıq məqsədi daşıyır Idman.biz
05 may 2026, 19:15
- ↺ +

Xanlar Əliyev: U-16 UEFA İnkişaf Turniri Avropa çempionatına hazırlıq məqsədi daşıyır

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən Xanlar Əliyev Bakıda keçiriləcək UEFA İnkişaf Turniri ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında komandanın oyunlara hazır olduğunu deyib: "Aprelin 30-dan təlim-məşq toplanışındayıq. Komandanın hazırlıq durumu və məşqlərdəki reaksiyaları bizi qane edir. Bunun bəhrəsini sabahkı oyunda müsbət nəticə ilə görəcəyimizə inanıram. Bildiyiniz kimi, son Avropa çempionatının seçmə mərhələsinin ardından 2009-cu il təvəllüdlülər yuxarı yaş qrupuna keçiblər. Turnir üçün əsasən 2010-2011-ci il təvəllüdlü oyunçuları dəvət etmişik. İlk dəfə millinin heyətində olanlar var. Onlar üçün yeni təcrübədir. Komandanın psixoloji durumu və məşqlərə yanaşması yaxşıdır".

X.Əliyev rəqiblər barədə də fikirlərini bildirib: "Bu turnirdə yeni oyunçuların son durumlarını görmək imkanımız olacaq. Onların özlərini göstərmələri baxımından yaxşı şansdır. Rəqibləri təhlil etmişik. Rumıniya son Avropa çempionatının seçmə mərhələsində A Liqasında mübarizə aparıb. Gürcüstan yığması bizə tanış rəqibdir. İlk rəqibimiz olan Litva ilə görüşə yaxşı hazırlaşmışıq. Futbolçuların inkişafı baxımından turnir bizim üçün çox önəmlidir. Hər kəsə şans verəcəyik".

O, komandanın azarkeş dəstəyinə ehtiyac duyduğunu sözlərinə əlavə edib: "Turnirin Bakıda keçirilməsi bizim üçün əlavə üstünlükdür. Azarkeşlərdən xahişim budur ki, oyunlarımıza gəlsinlər, qızları dəstəkləsinlər. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələsi gözləyir. UEFA İnkişaf Turniri də həmin yarışa hazırlıq məqsədi daşıyır".

Qeyd edək ki, U-16 UEFA İnkişaf Turniri çərçivəsində mayın 6-da Litva, 8-də Rumıniya, 11-də isə Gürcüstan yığması ilə qarşılaşacaq. Oyunlar Binə stadionunda keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər