"Vulverhempton Uonderers" İngiltərə Premyer Liqasının 17-ci turunda "Brentford"a 2:0 hesabı ilə məğlub olub.
İdman.Biz-in məlumatına görə, "Vulverhempton"un hazırkı çempionatda 17 oyundan sonra cəmi iki xalı var və bu, İngiltərə peşəkar futbolunda bu dövrdə ən aşağı xal toplama göstəricisidir.
Bu barədə Opta Sports Telegram kanalı məlumat verib.
Daha əvvəl, 1970-ci ildə dördüncü divizionda oynayan "Nyuport Kaunti" və 2020/2021 Premyer Liqasında "Şeffild Yunayted" analoji nəticə əldə ediblər.
"Vulverhempton"un hazırkı mövsümdə iki heç-heçəsi və 15 məğlubiyyəti var, qələbəsi yoxdur.