top
Vidadi Rzayev: Hazırda millidə Emin Mahmudov səviyyəsində oyunçu görmürəm Sport24.az
Bu gün, 12:00
- ↺ +

Vidadi Rzayev: "Hazırda millidə Emin Mahmudov səviyyəsində oyunçu görmürəm"

"Andorra ilə oyunda millimizdən yalnız qələbə gözləyirik. Lixtenşteynlə qarşılaşmada yaxaladığımız çoxsaylı qol epizodlarından yalnız birini dəyərləndirə bildik. Ümid edirəm ki, bu dəfə fərqli məzərəyə şahidlik edəcəyik". Bu sözləri Sport24.az-a Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev deyib.

Təcrübəli mütəxəssis millimizin bu gün Andorra ilə keçirəcəyi yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan millisi Andorra ilə oyunda favorit olsa da, bunu meydanda sübut etməlidir. Rəqibin müdafiəsini yarmaq üçün səbirli və hücumameyilli futbol oynamaq lazımdır. Əsas odur ki, futbolçularımız yaratdıqları qol imkanlarından bu dəfə maksimum yararlansınlar. Ayxan Abbasovun da dediyi kimi, sıx müdafiə olunan komandaya qol vurmaq çətindir. Bu problemin üzərində işləmək lazımdır. Həmişə millidə yerli mütəxəssisin baş məşqçi olmasının tərəfdarı olmuşam. Müqayisə etsək, Fernandu Santuş millimizə nə verdi ki? Ayxan Abbasovun işini müsbət dəyərləndirirəm. Klublarda legionerlərə yerli futbolçulardan daha çox üstünlük verilməsi də müəyyən çətinliklər yaradır".

Rzayev millidə son matçına çıxacaq Emin Mahmudovun yığmadakı çıxışını dəyərləndirib:

"Emin Mahmudov bəyəndiyim futbolçulardan biridir. Milli karyeranı başa vurmaq çətin hissdir. Biz də bu dönəmləri yaşamışıq. Eminin millidə gördüyü işlər danılmazdır. Əvəzolunmaz futbolçu yoxdur. Emindən əvvəl də biz oynayırdıq, bizdən sonra Emin kimi futbolçular gəldi. Amma hazırda millidə Mahmudov səviyyəsində oyunçu görmürəm".

Qeyd edək ki, Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu, kapitan Emin Mahmudov üçün Azərbaycan yığmasında sonuncu oyun olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:00

Braziliyada qadın U-20 futbol matçında kütləvi dava

Futbol
Bu gün, 12:00

Azərbaycan İkinci Liqası 11-ci turda bu gün 3 oyuna başlayacaq

Futbol
Bu gün, 11:58

Klopp, İnfantinonun tənqidini bildirdi: Blatterdən sonra vəziyyət pisləşə bilər

Cüdo
Bu gün, 11:50

Zaqreb Qran-prisində qızıl medal qazanan cüdoçu Kənan Nəsibov: "Ən böyük hədəfim dünya və olimpiya çempionu olmaqdır"

Tennis
Bu gün, 11:44

Mirra Andreyeva WTA Yekun Turnirinin çempionu oldu və 22 il sonra Mariya Şarapovanın uğurunu təkrarladı

Futbol
Bu gün, 11:40

Silviya Tua, Manchester United kişilər komandasının məşqçilər korpusuna ilk qadın köməkçi olacaq

Futbol
Bu gün, 11:20

Portuqaliya sabiq baş məşqçisi Roberto Martinez Səudiyyə Ərəbistanı yığmasının məşqçiliyi üçün namizəddir

Futbol
Bu gün, 11:14

Portuqaliya məşqçisi Jorje Jezuş Ronaldo sualına əsəbi cavab verdi

Futbol
Bu gün, 11:00

Elhad Nəziri: Yoldaşlıq oyunu ilə hazırlıq, Rəqibin kimliyi önəm daşımır

Digər
Bu gün, 10:44

Bakıda 'Türk Dünyası 2026' Beynəlxalq İdman Rəqsləri Müsabiqəsi Gerçəkləşdi

Futbol
Bu gün, 10:40

Lixtenşteynli mütəxəssis Mario Frik, Şotlandiya klubunun yeni baş məşqçisi oldu

Voleybol
Bu gün, 10:29

Qadın Voleybol Super Liqasında Murov Az Terminal və Turan komandaları üz-üzə gəlir

Futbol
Bu gün, 10:16

Luka Modriç milli komandada oyun sayını Lionel Messi ilə bərabərləşdirdi;

Futbol
Bu gün, 10:14

Adani: Belçikaya məğlubiyyət İtaliya millisini reallığa qaytardı

Futbol
Bu gün, 10:00

Malyariya xəstəliyindən sağ qalaraq Çempionlar Liqasının ilk qolunu vuran Orfe Mbina’nın hekayəsi

Futbol
Bu gün, 09:59

Almaniya ilə Niderland arasındakı qarşılaşma 1/4 finalə yol açacaq, Yunanıstan isə təzyiq altında

Futbol
Bu gün, 09:40

İspan baş məşqçi Qətər milli komandası ilə müqaviləsini uzatmayacaq

Basketbol
Bu gün, 09:38

VII turun son oyunları bu gün Bakı və Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 09:37

Lamin Yamalın atası, oğlunun ailəsinə evlər almasını açıqladı

Futbol
Bu gün, 09:29

Azərbaycan milli futbol komandası bu gün Andorra ilə yoldaşlıq oyununda qarşılaşacaq

Basketbol
Bu gün, 09:21

LANDAU Lions klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun MVP-si seçildi;

Futbol
Bu gün, 09:20

Arsenal 21 yaşlı norveçli sol cinah oyunçusu Antonio Nusa üçün transfer marağı göstərir

Basketbol
Bu gün, 09:15

Keyd Kanninqem 52 xal, 11 asist və top itkisi olmadan rekord qırdı

Oxşar xəbərlər