İtaliyanın sabiq futbolçusu Daniele Adani UEFA Millətlər Liqasının qrup mərhələsində Belçikaya 1:4 hesabı ilə məğlub olan milli komandanın bu yenilgisini ağır zərbə kimi qiymətləndirib.
İdman.Biz xəbər verir ki, Adaninin sözlərini "fcinter1908.it" nəşri dərc edib.
"Belçikaya məğlubiyyət bizi reallığa qaytardı. Əldə etdiyimiz irəliləyiş və inkişafımız heç yerə itməyib. Biz dünya çempionatında iştirak etmiş və eyni qrupa düşdüyümüz üç milli komandadan xeyli geri qalaraq yola başlamışdıq", – deyə Daniele Adani qeyd edib.
Qeyd edək ki, Belçika millisi UEFA Millətlər Liqasının A Liqasının A1 qrupunda 12 xalla ikinci yeri tutub. Fransa 13 xalla qrup lideri olub, 10 xal toplayan İtaliya isə üçüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, İtaliya millisi tarixində dörd dəfə dünya çempionu olub. Komanda sonuncu dəfə 2014-cü ildə Braziliyada keçirilən mundialda iştirak edib.