Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş mətbuat konfransında Kriştianu Ronaldu ilə bağlı suala əsəbi cavab verib.
İdman.Biz xəbər verir ki, bu hadisə Portuqaliya yığmasının Danimarkaya 1:4 hesabı ilə məğlub olduğu oyundan sonra baş tutan mətbuat konfransında yaşanıb.
Jorje Jezuşa "Bu gün Kriştianu Ronaldu çatışmırdı?" sualı ünvanlanıb.
Mütəxəssis isə suala belə cavab verib:
"Nə?! Kim çatışmırdı?! O, artıq millidə oynamır. Bəs mən kiminsə yoxluğunu hiss etməliyəm?! Mənə çatışmayan yeganə şey onun burada olub mənə yoldaşlıq etməsi idi!"