Qətər millisinin baş məşqçisi Xulen Lopeteqi müqavilə müddəti başa çatdıqdan sonra postunu tərk edəcək. Sport24.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, 60 yaşlı ispan mütəxəssisin fikrincə, 2025-ci ilin yazında müqavilə imzalayarkən nəzərdə tutduğu şərtlər kökündən dəyişib.
Lopeteqi Dohadakı işinin başa çatdığını düşünür. Buna görə də o, müqaviləsinin bitəcəyi vaxtı gözləyir. İspan mütəxəssisin Qətər millisi ilə sözləşməsi 2027-ci ilin aprelində başa çatır.
Baş məşqçi ayrılıq şərtlərini rəsmiləşdirmək üçün federasiya rəhbərliyi ilə görüşməsə də, bu, dünya çempionatı və Körfəz Kubokundan sonra verilmiş qəti bir qərardır. Asiya Kubokunun keçirilmə vaxtının dəyişdirilməsi isə onun bu niyyətini daha da möhkəmləndirib.