top
Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu Idman.biz
10 oktyabr 2026, 17:55
- ↺ +

Vəli Qasımov: Neftçi oyunda Sabahdan bir qədər üstün idi, ancaq nəticə bərabərlik oldu

"Uzun fasilədən sonra yenidən oyunlara köklənmək bir qədər çətin olsa da, hər iki komanda maraqlı və baxımlı futbol nümayiş etdirdi".

Bu sözləri veteran futbolçu Vəli Qasımov deyib.

Mütəxəssis Misli Premyer Liqasının yeddinci turunun mərkəzi qarşılaşması olan "Neftçi" - "Sabah" oyunu ilə bağlı fikirlərini bölüşüb.

"Qarşılaşma kifayət qədər gərgin mübarizə şəraitində keçdi. Hər iki tərəf qələbə qazanmaq və meydandan istədiyi nəticə ilə ayrılmaq üçün əlindən gələni etdi. Bəlkə də nəticə baxımından istədiyimiz hesab qeydə alınmadı. Ola bilsin ki, milli fasilənin bu qədər uzun çəkməsi hər iki komandaya müəyyən mənada mane oldu. Çünki belə fasilələrdən sonra oyun ritmini bərpa etmək, əvvəlki tempi tutmaq və komanda şəklində istənilən səviyyədə çıxış etmək asan deyil. Futbolçuların yenidən rəsmi oyun atmosferinə uyğunlaşması üçün müəyyən vaxt tələb olunur. Bununla belə, azarkeşlər maraqlı qarşılaşma izlədilər. Hər iki komandanın mübarizəsi diqqət çəkirdi. Ancaq ümumi oyun mənzərəsinə nəzər salsaq, "Neftçi" oyun ərzində "Sabah"dan bir qədər üstün görünürdü. Buna baxmayaraq, futbolda üstün oynamaq heç də həmişə istənilən nəticəni əldə etmək demək deyil. Əsas məsələ yaranan imkanlardan maksimum yararlanmaqdır. Ümumilikdə, hər iki komandanın çıxışını nəzərə alsaq, maraqlı mübarizənin şahidi olduq", - deyə o sport24.az-a açıqlamasında söyləyib.

Qeyd edək ki, "Palms Sports Arena"da təşkil olunan görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:11

Mançester Yunaytedin keçmiş futbolçusu Pol İns yeni məşqçini sərt tənqid etdi: 46 ötürmə etdilər, topa toxunmadıq

Futbol
Bu gün, 19:59

Carles Puyol peşəkar futbola qayıdaraq Inter Escaldes klubunda beynəlxalq əlaqələr üzrə direktor oldu

Futbol
Bu gün, 19:52

Barselona, 19 yaşlı Xavi Espartla 2030-cu ilə qədər müqavilə imzaladı

Futbol
Bu gün, 19:37

Flik Barselonadan əlavə müdafiəçi transferi tələb etdi

Futbol
Bu gün, 19:28

İstanbul klubu Fənərbağçanın transferi üçün 35 milyon avro tələb edir

Futbol
Bu gün, 19:13

Yevlaxda 2-2 nəticəli 'İmişli' vs 'Zirə' matçı videonu izləyin

Futbol
Bu gün, 19:07

Porno ulduzun reklam kampaniyasından sonra klub sponsoru ilə əməkdaşlığı bağladı

Futbol
Bu gün, 19:07

Liverpulun baş məşqçisi Soboslai'nin oyun üçün hazır olduğunu bildirdi

Futbol
Bu gün, 18:51

Mourinyo Real Madrid-in Selta ilə oyun öncəsi xəbərdarlıq etdi

Futbol
Bu gün, 18:29

Rəşad Sadıqov: Hakim qərarları ‘qəribə hadisələrə səbəb olur’

Futbol
Bu gün, 18:20

FIFA anonim şikayət kanalı vasitəsilə oyun və qayda pozuntularını nəzarətdə saxlayır

Futbol
Bu gün, 18:16

U-20 Azərbaycan komandası İraqa qarşı 2:1 qalib gəldi

Şahmat
Bu gün, 18:00

Azərbaycan polis komandası "Arlan Chess Cup 2026" beynəlxalq şahmat turnirinin qalibi oldu

Futbol
Bu gün, 17:51

UFA prezidenti Şevçenko, Mudrikin dopinq ittihamlarını böhtan olaraq qiymətləndirir

Cüdo
Bu gün, 17:30

İlham Zəkiyev Misir İsgəndəriyyə şəhərində Qran-pridə iştirak edəcək

Futbol
Bu gün, 17:25

AFFA qadın məşqçilər üçün UEFA C kursunu başladı

Futbol
Bu gün, 17:15

İmişli baş məşqçisi: Milli komandaya potensial futbolçular var

Futbol
Bu gün, 17:11

Ervins Perkons: “0:2 geri düşsək də, İmişli xal qazanmağa layiq idi”

Futbol
Bu gün, 17:05

Rəşad Sadıqov: 2-0 üstünlüyündən sonra heç-heçə etməyi məyusedicidir

Futbol
Bu gün, 17:00

Emil Səfərov Neftçi təmsilçiliyində Qəbələye qayıtmaq istəyir

Futbol
Bu gün, 16:49

İngiltərə Milli Milli, Millətlər Liqası qalibi üçün əsas namizəd sayılır

Futbol
Bu gün, 16:40

Şahdağ Qusar və Gəncəbasar 0:0 bitişi

Futbol
Bu gün, 16:40

Niko Pas: Messi'nin milli takımdaki varisi

Futbol
Bu gün, 16:34

Federiko Valverde "Real Madrid"lə müqaviləsini 2031-ci ilə kimi uzadıb

Oxşar xəbərlər