"Malyorka"nın hücumçusu Vedat Muriqi "Fənərbaxça"ya keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb.
Mənbənin sözlərinə 32 yaşlı futbolçu artıq İstanbul klubu müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq.
Muriqi 2019/20 mövsümündə "Fənərbaxça"nın formasını geyinib.
Qeyd edək ki, Muriqi bu mövsüm 37 oyun keçirib, 23 qol vurub və 1 məhsuldar ötürmə edib. O, La Liqada ən çox qol vuran oyunçular siyahısında Kilian Mbappedən sonra ikinci yeri tutub.