top
Vaqif Cavadov: İslandiya məğlubiyyətində günahkar Fernandu Santuşdur Idman.biz
06 sentyabr 2025, 17:59
- +

Vaqif Cavadov: İslandiya məğlubiyyətində günahkar Fernandu Santuşdur

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya 0:5 hesablı məğlubiyyətin əsas günahkarı baş məşqçi Fernandu Santuşdur.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın sabiq futbolçusu Vaqif Cavadov deyib.

Keçmiş hücumçu komandada mental uyğunlaşma olmadığını vurğulayıb: "Bir ildən çoxdur ardıcıl məğlubiyyətlər görürük. Hətta yoldaşlıq görüşlərində uduzurduq. Fikrimcə, mental uyğunlaşma yoxdur. Görünən odur ki, futbolçular baş məşqçini anlamırlar. Karlos Alberto Torresin, Berti Foqtsun vaxtında fərqli tələblər var idi. Bu gün yığma ilə daha çox çalışmaq lazımdır. Bəlkə də düşüncəsini futbolçulara anlada bilməyib. Amma bu, baş məşqçinin zəifliyidir və məğlubiyyətin əsas günahkarı da odur".

Mütəxəssis 2025/2026 mövsümündə legioner limitinin aradan qaldırılmasının da bu nəticədə rol oynadığını düşünür: "Həm baş məşqçinin, həm futbolçuların durumuna baxanda belə nəticə gözlənilən idi. Neçə aylardır buna doğru gedirdik. Həmçinin limitin ləğv olunması da buna gətirib çıxarır. Düzdür, heyətdəki futbolçuların hər biri öz klublarında çıxış edir. Amma limitin götürülməsi baş məşqçinin seçiminin azalmasına gətirib çıxarır. Düşünürəm ki, belə davamiyyətlə bundan da pis olacaq".

Qeyd edək ki, ötən gün keçirilən İslandiya - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə nəticələnib. Komanda sözügedən mərhələdə növbəti matçını sentyabrın 9-da Bakıda Ukrayna millisinə qarşı keçirəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:45

Kanadalı hücumçu Conatan Devid “Yuventus”dan “Atletiko”ya icarə əsasında keçdi

Futbol
Bu gün, 19:45

Kanadalı hücumçu Conatan Devid Juventusdan Atletico Madridə icarə əsasında keçdi

Futbol
Bu gün, 19:15

“Liverpul” PSG ulduzunu 123 milyon funtla transfer etdi

Futbol
Bu gün, 19:15

Liverpool, Fransalı forvard Bredli Barkolanı 123 milyon funtla PSG-dən transfer etdi

Futbol
Bu gün, 19:02

Araz‑Naxçıvan – Sabah matçı üçün hazırlıqlar və oyun detalları

Boks
Bu gün, 18:59

U-15 (Kadet) boksçular arasında Azərbaycan Kuboku Sentyabr 1-də başlayır

Futbol
Bu gün, 18:58

Manchester City 74 milyon manatlıq transfer həyata keçirdi

Futbol
Bu gün, 18:55

Araz‑Naxçıvan – Sabah qarşılaşması Qəbələdə keçiriləcək

Formula 1
Bu gün, 18:54

“Mercedes” sürücüsü Corc Rassell Azərbaycan Qran-prisində start mövqelərindən məhrum edilə bilər

Futbol
Bu gün, 18:50

Qəbələnin yeni baş məşqçi üçün Elmar Baxşıyev və Sənan Qurbanov əsas namizədlərdir

Futbol
Bu gün, 18:49

Araz‑Naxçıvan – Sabah matçının birinci hissəsi bərabərliklə başa çatdı

Futbol
Bu gün, 18:43

14‑yaşlı Leandro Lara Boliviya çempionatında debüt etdi, saç düzümü və ata‑vəzifəsi müzakirə yaradır

Olimpiada
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdi

Digər
Bu gün, 18:31

Bişkekdə “6-cı Dünya Köçəri Oyunları”nın açılış mərasimində Prezident İlham Əliyev iştirak edir

Futbol
Bu gün, 18:29

Almaniya U‑19 yarımmüdafiəçisi Mirza Katović 3,5 milyon avro ilə Barcelona B‑yə icarəyə verilir

Futbol
Bu gün, 18:28

“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Völtemadenlə transfer danışıqları aparır

Güləş
Bu gün, 18:13

Bişkekdə dünya çempionu Gözəl Zutova özündən 50 kq ağır rəqibini məğlub etdi

Futbol
Bu gün, 18:00

Nizami Sadıqov: Berdıyevin istefası klub rəhbərliyinin qərarıdır, Turan Tovuzun zəif oyunu məğlubiyyətə səbəb oldu

Futbol
Bu gün, 18:00

Qəbələdə Araz‑Naxçıvan – Sabah qarşılaşması başladı

Futbol
Bu gün, 18:00

Araz‑Naxçıvan ilə Sabah arasında Misli Premyer Liqasının 3‑cü turu başlandı

Futbol
Bu gün, 17:55

Zirə kapitanı Qismət Alıyev: “İndi fikrimiz ancaq “Sabah”la oyundadır”

Futbol
Bu gün, 17:44

Trabzonda Məhəmməd Salah üçün küçənin adı dəyişdiriləcək

Futbol
Bu gün, 17:44

“Fənərbağça” Napoli yarımmüdafiəçisini transfer etməyi düşünür, “Sabah”ın rəqibini zəiflədə bilər

Cüdo
Bu gün, 17:41

Azərbaycan cüdo komandası Polşadakı turnirdə 11 medalla birincilik qazandı

Oxşar xəbərlər