Bu gün Misli Premyer Liqasının üçüncü tutunun son oyunları keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk matçı Qəbələdə baş tutacaq.
"Araz-Naxçıvan" "Sabah"ı qəbul edir. Heç şübhəsiz ki, kağız üzərində qarşılaşmanın favoriti masazır təmsilçisidi. Son çempion yeni mövsümə fırtına kimi başlayıb. Çempionlar Liqası kimi dünyanın ən mötəbər klub turnirinin Liqa mərhələsinə vəsiqə qaznan "bayquşlar" Premyer Liqada keçidiyi bir görüşü qələbə ilə başa vurub. Nominal meydan sahibləri isə ötən tur "Neftçi"yə böyük hesabla (0:5) məğlub olub. Mövsümün açılış turunda isə "İmişli" ilə "sülh" bağlayıb. Mövsümlərarası fasilədə Naxçıvan klubunun "sükanı arxasına" keçən Cavid Hüseynovun son ölkə çempionu ilə görüşdə necə təsir bağışlayacağı maraqla gözlənilir.
Qeyd edək ki, növbəti turun oyunlarına sentyabrın 4-də start veriləcək.
Misli Premyer Liqası
I dövrə, III tur
18:00. "Araz-Naxçıvan" - "Sabah" 0:0 (Birinci hissə)
Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Kamranbəy Rəhimov
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Törə Əhmədova
Qəbələ. Şəhər stadionu.
"Araz-Naxçıvan": 1. Artur Auqusto 7. Rövlan Muradov 26. Ömər Buludov 29. Ceyhun Nuriyev 8. Mustafa Əhmədzadə 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 5. Luka Dumançiç 19. Abdallah Sudi
Ehtiyat oyunçular: 99. Tərlan Əhmədli 14. Ülvi İsgəndərov 13. Qabil Əlizadə 22. Rəşad Həsənov 9. Ağadadaş Salyanskiy 21. İbrahim Piriyev 77. Nihat Mehralıyev 36. Mamadu Kane 12. Bruno Franko 10. Şarl Boli 23. Alberto Fernandes
Baş məşqçi: Zaur İsmayılov
"Sabah": 92. Stas Pokatilov (k) 17. Tellur Mütəllimov 10. Aleksey İsayev 6. Abdulax Xaybulaev 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 99. Patrik Mbina 4. Eyden Makkarti 8. Kristian Nvaçukvu
Ehtiyat oyunçular: 1. Amin Ramazanov 94. Rəvan Mirzəmmədov 5. Rəhman Daşdəmirov 16. Rauf Rüstəmli 95. Şahin İbrahimov 20. Coy Lens Mikels 21. Velko Simiç 33. Junior Almeyda 88. Rodriqo Fernandeş 7. Umarali Raxmonaliyev 23. Yunes Laşaab 35. Cafet Bulus
Baş məşqçi: Valdas Dambrauskas