top
Valeh Qafarov: İsveç futbolunda pul yoxdur, amma uşaq futboluna diqqət var Idman.biz
09 fevral 2026, 13:50
- ↺ +

Valeh Qafarov: İsveç futbolunda pul yoxdur, amma uşaq futboluna diqqət var

Valeh Qafarov - 23 ildir İsveçdə yaşayan Azərbaycan millisinin sabiq futbolçusudur. O, bu ölkəyə yerli klubla müqavilə əsasında köçüb, lakin təxminən bir ildən sonra zədə səbəbindən futbolçu karyerasını başa vurub.

B kateqoriyalı məşqçi lisenziyasına malik olan Qafarov uzun illərdir İsveçin uşaq-gənclər futbol sistemində çalışır və hazırda "Karlslunds" qadın komandasının baş məşqçisinin köməkçisidir.

İdman.Biz-ə müsahibəsində Valeh Qafarov İsveçdəki həyatından, eləcə də qadın yığması dünya reytinqində beşinci yeri tutan bu ölkədə futbolçu hazırlığı sisteminin necə qurulmasından danışıb.

- İsveçdə qadın futbolu dünyanın ən yaxşılarından biridir. Futbolçu qızların hazırlıq sistemi necə qurulub?

- 2003-cü ildə İsveçdə qadın oyunlarını ilk dəfə görəndə futbolçuların fiziki hazırlığına, sürətinə və cəsarətinə çox təəccüblənmişdim. O vaxt Bakıda belə deyildi: qadın futbolu o qədər populyar deyildi, səviyyə fərqli idi.

Buradakı uşaq-gənclər sistemi onunla seçilir ki, bütün futbolçulara oynamaq imkanı verilir. Mən görmüşəm ki, Azərbaycanda uşaq bütün matç ərzində cəmi beş dəqiqə meydana çıxır. Burada belə hal mümkün deyil. Məşqçilər oyun vaxtını uşaqlar arasında bərabər bölüşdürməyə çalışırlar. Əsas məqsəd tablodakı hesab yox, oyundan zövq almaq və futbola sevgi aşılamaqdır. Əlbəttə, hamı qalib gəlmək istəyir, amma məğlubiyyətə sakit yanaşırlar.

Nə məşqlərdə, nə də oyunlarda stress yoxdur. Biz uşağı sıxmırıq, oynamağına mane olmuruq. Oyunlarda sərbəstlik veririk - səhv etmək və sınaqdan keçirmək imkanı. Uşağa qərarı özü verməyə şərait yaratmaq lazımdır, daima "ora pas ver", "bura pas ver", "vur" deyə qışqırmaq olmaz. Ona daim göstəriş veriləndə özünə inamını itirir, məsuliyyətdən çəkinir. Oyunu analiz etmək isə matçdan sonra da mümkündür.

- Bu yanaşma həm oğlanlara, həm də qızlara tətbiq olunur?

- Əlbəttə. Hətta təkcə futbolda yox. Ümumiyyətlə, İsveçdə uşaqlara çox həssas yanaşılır. Məktəblərdə belə onları yükləmirlər. Məsələn, ev tapşırığı vermirlər. Uşaqlara sadəcə uşaq olmaq və daimi stress olmadan yaşamaq imkanı yaradılır.

Erkən yaşda həddindən artıq təzyiq və yüklənmə fiziki və psixoloji travmalara gətirib çıxara bilər. Uşaq futboldan bezə də bilər. İsveçdə məqsəd sadə, amma eyni zamanda çox çətindir: mümkün qədər çox uşağı futbolda mümkün qədər uzun müddət saxlamaq.

Mən görmüşəm ki, Azərbaycan yeniyetmə komandaları İsveçdə yerli futbolçuları 6:0 hesabı ilə məğlub edirdi. İsveçlilər soruşurdular: "Bu uşaqlar inanılmaz işlər görür. Bəs niyə böyüklər futbolunda sizdə nəticə yoxdur?" Səbəb odur ki, istedad yalnız başlanğıcdır. Vacib olan odur ki, uşaqlar 16–17 yaşdan sonra inkişafı davam etdirsin, idmandan uzaqlaşmasın.

- İsveçdə uşaqlar hansı yaşda daha ciddi futbola keçirlər?

- 13 yaşadək uşaqları əsasən D və ya C kateqoriyalı məşqçi lisenziyası olan valideynlər çalışdırır (ümumilikdə dörd kateqoriya var – D, C, B, A). 13 yaşdan yuxarı yeniyetmələrdən ibarət komanda üçün klub ən azı B kateqoriyalı məşqçi dəvət etməlidir. Bu artıq başqa səviyyədir: daha çox fiziki yük, daha çox bilik, taktika. Amma bu mərhələdə də heç kim təzyiq göstərmir. Nəzərə alınır ki, uşaqların orqanizmi və psixologiyası dəyişir, xüsusilə qızlarda hormonal yenilənmə gedir. Bu, 10 kilometrlik qaçış kimidir. Bu məsafəni bir maksimal templə qət etmək mümkün deyil. Finişə çatmaq üçün gücü düzgün bölüşdürmək lazımdır. İsveç sistemi məhz buna əsaslanır.

- İsveçdə infrastruktur və klub sistemi nə dərəcədə inkişaf edib?

- Baxın, mən Stokholmdan təxminən iki saatlıq məsafədə yaşayıram. Burada əhalinin sayı təxminən 150 min nəfərdir. Şəhərimizdə 70 futbol klubu var və onların hər birində onlarla uşaq komandası fəaliyyət göstərir. Bizim akademiyada aşağı yaş qruplarında təxminən 20 komanda var: oğlanlar və qızlar demək olar bərabər saydadır. Şərait hamı üçün eynidir. 13 yaşadək qızlar oğlanlarla birlikdə oynaya bilirlər.

İnfrastruktur (meydançalar, toplar, inventar) inkişaf edib. Yəni bir meydançada eyni vaxtda bir neçə komanda məşq etmir. Bir çoxları düşünür ki, hər şey böyük pullarla bağlıdır. Əslində isə sirr düzgün təşkilatçılıq, dəqiq planlaşdırma və hesablamadadır. Nəticədə keyfiyyətli idmançılar üçün geniş seçim bazası yaranır. Mən görmüşəm ki, Azərbaycan millisində başqa ölkələrdən olan futbolçu qızlar çıxış edir. İsveçdə belə problem yoxdur - yerli futbolçular arasında rəqabət çox yüksəkdir.

Mən legionerlərə qarşı deyiləm, amma yerli futbolçuları mütləq yetişdirmək lazımdır. 90-cı illərdə "Neftçi"də oynamışam. Bu, mənim doğma komandamdır. Amma bu qədər legionerə baxmayaraq, illər ərzində sistemli irəliləyiş görmürəm. "Neftçi"də həmişə müxtəlif yaş qruplarında çoxlu uşaq olub. Təsəvvür edin, onlardan neçəsi əsas komandaya yüksəlib kollektivin əsasını təşkil edə bilərdi. Legionerlər gəlib-gedir, yerli futbolçular isə klubun təməli, simasıdır.

Vurğulamaq istəyirəm: sistem bir günə qurulmur. Bu, uzun prosesdir. Səmimi qəlbdən istəyirəm ki, Azərbaycan futbolu inkişaf etsin. Artıq "Qarabağ"ın Avropadakı uğurları ilə fəxr edirik. Amma uşaq futbolu olmadan gələcək yoxdur. Bu, çox danışılan, lakin həyata keçirməsi çətin olan sadə həqiqətdir. Əsas fərq isə bundadır: İsveçdə təkcə danışmırlar, edirlər.

- Futboldan başqa hər hansı fəaliyyətlə məşğul olursunuz?

- Əgər söhbət yeniyetmə komandalarından və ya aşağı liqalardan gedirsə, İsveçdə demək olar ki, bütün məşqçilər paralel olaraq başqa yerdə də çalışırlar. Mən də istisna deyiləm. Dediyim kimi, İsveç futbolunda Azərbaycandakı qədər pul yoxdur. Yüksək liqada insanlar yalnız futbolla yaşayır, amma uşaq-gənclər futbolunda məşqçilərin maaşları böyük deyil.

- İsveçdəki həyatınız barədə danışaq. Ora necə getdiniz?

- Mən köçəndə Azərbaycan futbolunda keçid dövrü idi, çempionat faktiki olaraq fəaliyyət göstərmirdi. Bir çox futbolçu xaricə getdi, bəziləri minifutbola keçdi. Mən də bir müddət futzal oynadım.

Sonra həyatda nəyisə dəyişmək qərarına gəldim. Uşaqlıqdan xaricdə özümü sınamaq istəyim var idi. Əvvəllər təkliflər olmuşdu, amma müqavilələr getməyə imkan vermirdi. Ölkədə futbol faktiki dayananda hamımız azad agent olduq. Mənə İsveçdən, İtaliyadan, Ukraynadan və Almaniyadan bir neçə təklif gəldi. İsveç klubunu seçdim və orada təxminən bir il oynadım. Lakin köhnə zədə özünü göstərdi. Futbolçu karyeramı başa vurdum və məşqçi oldum.

Düşünürəm ki, peşəkar futbolçunun məşqçi olması daha asandır. Mütləq Messi və ya Maradona olmaq lazım deyil. Əsas odur ki, bu məktəbdən keçmisən: zədələr, sevinc, paltardəyişmə otağı, məsuliyyət. İdmançıları anlamaq və onlarla ortaq dil tapmaq daha asan olur. Amma təkcə oyunçu təcrübəsi kifayət deyil – bilik lazımdır. Buna görə İsveçdə məşqçi kursları keçdim.

- Dörd ölkə arasından niyə məhz İsveçi seçdiniz?

- Seçimi yalnız futbol təklifinə görə etmədim. Ölkənin atmosferinin mənə uyğun olması da vacib idi. Mən sakit insanam, isveçlilər haqqında da eyni sözləri demək olar. Bəli, burada soyuqdur, amma İsveçin təbiətini ilk dəfə görəndə bunu düşünməyi dayandırdım. Belə gözəllik hətta yuxuma da girməmişdi. Burada həyat səviyyəsi və keyfiyyəti yüksəkdir, sabaha inam var.

- İlk gəldiyiniz vaxt İsveçdə sizi ən çox nə heyrətləndirdi?

- Əvvəlcə insanlar. Küçədə tanımadığın adamlar gülümsəyir, salam verir. Deyirlər, skandinavlar soyuqqandır. Doğrudan da biz qədər emosional deyillər, amma gündəlik həyatda çox hörmətli, mehriban və qanuna riayət edən insanlardır. Nizam-intizam, təmizlik, ətraf mühitə münasibət - bunlar təsirlidir.

Burada yaşadığım bütün illər ərzində yollarda avtomobil siqnalı səsi eşitməmişəm. İsveçlilər kitab oxumağı və idmanla məşğul olmağı çox sevirlər. Yaşından asılı olmayaraq hamı məşq edir. Hətta qışda belə işə və təhsilə velosipedlə gedirlər.

Yerli sakinlərin heyvanlara münasibəti də məni təəccübləndirdi. Məzuniyyətə gedəndə ev heyvanlarını xüsusi bağça və otellərdə qoyurlar, orada onları gəzdirir, yaxşı qidalandırır və qulluq edirlər. Yəni bu sistem burada hələ 2000-ci illərin əvvəllərində mövcud idi.

- İsveç dilində danışırsınız?

- Bəli. Bu istiqamətdə çox ciddi çalışmışam. Komandadakı dostlarımın demək olar hamısı isveçli idi, çox təcrübəm oldu. Əlbəttə, dil kurslarına da getdim, amma ünsiyyət ən vacib amildir. Səhv danışsam belə, heç vaxt mənimlə lağ etmirdilər, əksinə, ruhlandırırdılar. Bu, motivasiya verirdi. Məşqdən sonra evə qayıdır, dincəlir, sonra kitab və lüğətlə oturub oxuyurdum.

- Artıq 23 ildir İsveçdə yaşayırsınız. Bu müddətdə müəyyən mənada isveçli olduğunuzu demək olarmı?

- Bilirsiniz, Bakıya gələndə dostlarla yığışırıq, futbol izləyir, çay içirik. Görürəm ki, artıq haradasa saat 10 radələrində onlara deyirəm ki, yatmağa getməliyəm. Onlar isə cavab verirlər: "Sən artıq tam İsveçdəki kimi rejimə əməl edirsən". Doğrudan da burada saat 10-11-də yatmağa, tez oyanmağa öyrəşmişəm. İsveçlilər adətən səhər 5-6-da, ən gec 7-də oyanırlar.

Bununla yanaşı, azərbaycanlı olduğumla fəxr edirəm, ölkəmi sevirəm. Bacardığım qədər kömək etməyə çalışıram, xüsusilə futbolda. Məşqçi məktəbini İsveçdə keçmişəm, amma futbolçu kimi Azərbaycanda formalaşmışam və bu mənim üçün vacibdir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər