top
Seriya A: Romanın qələbəsi, Latsio və Atalantanın uğurları, Komodan darmadağın - YENİLƏNİR + VİDEO Idman.biz
22 mart 2026, 23:15
- +

Seriya A: "Roma"nın qələbəsi, "Latsio" və "Atalanta"nın uğurları, "Komo"dan darmadağın - YENİLƏNİR + VİDEO

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən "Roma" - "Leççe" qarşılaşması ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Romadakı "Olimpiya" stadionunda baş tutan görüşdə azarkeşlər cəmi bir qolun şahidi olublar.

İdman.Biz xəbər verir ki, oyunun taleyini ikinci hissədə vurulan yeganə qol həll edib. Matçın 57-ci dəqiqəsində Robinyo Vaz rəqib qapısına yol taparaq "canavarlar"a vacib qələbə qazandırıb. "Leççe"nin hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb.

Bu qələbədən sonra "Roma" xallarının sayını 54-ə çatdıraraq turnir cədvəlində altıncı pillədə qərarlaşıb. "Leççe" isə 27 xalla 18-ci yerdə qalıb və təhlükəli zonadan uzaqlaşa bilməyib.

20:35

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən oyunlar maraqlı anlarla yadda qalıb. "Latsio" səfərdə, "Atalanta" isə doğma meydanda rəqiblərini məğlub edərək turnir cədvəlindəki mövqelərini yaxşılaşdırıblar.

İdman.Biz xəbər verir ki, "Latsio" səfərdə "Bolonya"nı 2:0 hesabı ilə üstələyib. Matçın qəhrəmanı dubla imza atan Kennet Teylor olub. Meydan sahibləri hesabı bərabərləşdirmək şansı əldə etsələr də, Rikkardo Orsolini penaltidən yararlana bilməyib.

Bu qələbədən sonra "Latsio" xallarını 43-ə çatdıraraq səkkizinci pilləyə yüksəlib, "Bolonya" isə 42 xalla doqquzuncu yerə geriləyib.

Günün digər qarşılaşmasında "Atalanta" öz meydanında "Verona"nı qəbul edib. Gərgin keçən oyunda yeganə qolu Davide Dzappakosta vurub - 1:0.

Bu nəticə ilə "Atalanta" 50 xalla yeddinci pillədəki yerini möhkəmləndirib. "Verona" isə 18 xalla 19-cu yerdə qalaraq təhlükəli zonadan uzaqlaşa bilməyib.

Qeyd edək ki, "Atalanta"nın kapitanı Marten de Roon bu matçda meydana çıxaraq klub tarixində ən çox oyun keçirən (436 matç) futbolçu rekordunu yeniləyib.

17:51

İtaliya Seriya A-nın 30-cu turu çərçivəsində keçirilən "Komo" - "Piza" matçı meydan sahiblərinin mütləq üstünlüyü ilə başa çatıb. "Cuzeppe Siniqalye" stadionunda baş tutan qarşılaşmada "Komo" rəqib qapısından beş cavabsız top keçirib.

İdman.Biz xəbər verir ki, oyunda hesabı yeddinci dəqiqədə Assane Diao açıb. 29-cu dəqiqədə Anastasios Duvikas fərqi ikiyə çatdırıb. İkinci hissənin startında Martin Baturina (48-ci dəqiqə) hesabı 3:0 edərək matçın taleyini böyük ölçüdə həll edib. Görüşün sonlarında isə Nikolas Pas (75) və Maksimo Perrone (81) fərqlənərək yekun hesabı müəyyənləşdiriblər - 5:0.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Komo" turnir cədvəlində dördüncü pillədəki mövqeyini möhkəmlədib. Cəmi 18 xalı olan "Piza" isə sonuncu - 20-ci yerdə qalmaqda davam edir.

Növbəti turda "Komo" aprelin 6-da səfərdə "Udineze"nin qonağı olacaq. "Piza" isə bir gün əvvəl doğma meydanda "Torino"nu qəbul edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Sumqayıt - Neftçi matçı

Futbol
Bu gün, 07:17

Lill "Mançester Siti" ilə Eyyub Buaddi transferi üzrə danışıqlar aparır

Futbol
Bu gün, 06:23

Misir millisinin baş məşqçisi ailə dalaşında huşunu itirib

Futbol
Bu gün, 05:10

Zidanın böyüklüyü Cordanla müqayisə olunur

Formula 1
Bu gün, 04:20

F1 mövsümünün ilk yarısında ən pis pilotlar

Futbol
Bu gün, 03:19

PSJ "Ayaks"dan hücumçu Miki Qodtsun transferini açıqlayıb

Futbol
Bu gün, 02:14

Ruben Amorim “Mançester Yunayted” üzərindəki qələbəni şərh edib

Futbol
Bu gün, 01:55

Sevilya azlıqda Rayo Valyekanonu məğlub edib

Qarabağ FK
Bu gün, 01:36

Maykl Kerrik: "Mançester Yunayted" mövsümöncəsi oyununda məğlub olub

Futbol
Bu gün, 01:18

"Əl-Nəsr" Ronaldusuz "Əl-Fateh"i böyük hesabla məğlub edib

Futbol
Bu gün, 00:56

Valdas Dambrauskas: “Qələbə əsasdır”

Futbol
Bu gün, 00:25

La Liqada mövsümün açılış matçında “Alaves” “Xetafe”ni məğlub edib

Futbol
Bu gün, 00:18

İnter" "Betis"i mövsümöncəsi yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:59

Ced Spens “İnter”ə keçib

Futbol
Dünən, 23:39

Kamilo Duran “Seltik”də ilk rəsmi qolunu vurub

Futbol
Dünən, 23:20

Zion Suzukinin PSJ-yə transferi uğursuzluqla nəticələnib

Futbol
Dünən, 23:17

Azər Məmmədov: “Kəpəz” transferlərindən narazılıq yoxdur”

Futbol
Dünən, 22:57

Kriştianu Ronaldu “Əl-Nəsr”in oyununa azarkeş kimi qatılıb

Futbol
Dünən, 22:21

Muhammed Salahın oyunu “Trabzonspor”a xal qazandırdı

Futbol
Dünən, 22:18

Ramil Şeydayevin komandasının matçı təxirə salındı

Futbol
Dünən, 22:12

Di Qreqorio „Montsa“ya qayıda bilər

Futbol
Dünən, 21:57

Anatoli Nuriyev qol vurdu, lakin komandası məğlub oldu

Futbol
Dünən, 21:52

Borussiya Dortmund və Roma arasında yoldaşlıq oyunu heç-heçə ilə başa çatıb

Futbol
Dünən, 21:43

Cavid Hüseynov: “Bu çempionat daha maraqlı olacaq”

Oxşar xəbərlər